7 C
Baku
Thursday, December 12, 2024

Keniya bütün ölkələr üçün viza rejimini ləğv etməyi planlaşdırır

Keniya Prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələr üçün viza rejimini ləğv etməyi planlaşdırdığını açıqlayıb.

Keniyanın dövlət başçısı paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxışı zamanı belə deyib.

U.Ruto tədbirə bəşəriyyətin ilk məskənlərindən olan Keniyanın ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib.

U.Ruto qeyd edib ki, ölkəsi bütün bəşəriyyətin vətənidir: “Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq”.

Vəzifəyə gəldiyi gündən bəri bir çox ölkə ilə vizaları ləğv edən U.Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.

Qeyd edək ki, “Afrika və dünya üçün yaşıl inkişafın və iqlimin maliyyələşdirilməsi həllərinin dəstəklənməsi” mövzusunda təşkil olunan sammit Afrika İttifaqı və Keniya hökumətinin birgə təşkilatçılığı ilə reallaşıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər