Vəzifə öhdəlikləri:
• Şirkət daxilində Keyfiyyət İdarəetmə Sisteminin (QMS) sənədlərinin işlənib hazırlanması və ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğun şəkildə saxlanması üzrə iş aparır, korporativ prosedurların, əsasnamələrin və təlimatların hazırlanması, təkmilləşdirilməsi və tətbiqi prosesində Keyfiyyət Qrupunun işini mütəmadi şəkildə istiqamətləndirir və dəstək göstərir;
• Şirkətin Müştəri Məmniniyyətinin idarə edilməsi sisteminin effektiv qurulması və tətbiq edilməsini təmin edir;
• Şirkətin ümumi strategiyasını rəhbər tutaraq biznes proseslərinin davamlı optimallaşdırılması istiqamətində fəaliyyət göstərir.
İş təcrübəsi:
• Beynəlxalq idarəetmə standartları barəsində tam məlumatlılıq
• Keyfiyyət idarəetmə sistemi sənədlərinin hazırlanması təcrübəsi
• Keyfiyyət və Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi sahəsində ən azı 2 illik iş təcrübəsi (xidmət sektoru üstünluk hesab ediləcək),
• Proseslərin optimallaşdırılması ilə bağlı təcrübə
Biliklər: Microsoft Office proqramları, Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək
Xüsusi bacarıqlar:
• Təhlil etmək bacarığı;
• Planlaşdırma və layihələrin idarə olunması bacarıqları
• Danışıqların aparılması bacarığı
• Vaxtın səmərəli idarə olunması
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.