Keyfiyyət yaxşı olsa da, məhsuldarlıq zəifdir..
Saatlıda qarpız yığımına başlanılıb. Mövsüm ərzində çəkilən zəhmət bəhrəsini verib. Məhsulun keyfiyyəti olduqca yaxşıdr. Fermerlər mövsüm ərzində bir neçə dəfə məhsul toplamağı nəzərdə tutub.
Fermerlər deyir ki, qarpızın veqetasiya müddətində havanın dəyişkən keçməsi həm məhsuldarlığı aşağı salıb, həm də yığımda gecikmə var.
Sahələrdə əsasən xarici ölkələrdən gətirilmiş toxumlar əkilib. Yerli toxumlar demək olar ki, becərilmir.
İstehsal olunan məhsul xarici bazara çıxır. Hazırda təlabat Rusiya bazarlarınadır. Bu isə uzunmüddətli deyil.