27 C
Baku
Wednesday, July 24, 2024

“KFC” və “Pizza Hut” Rusiyada fəaliyyətini dayandırdı

“KFC” və “Pizza Hut” restoranlarının daxil olduğu “Yum! Brands” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Dünyada bir çoxları kimi, biz də Ukraynada baş verən faciəli hadisələrdən sarsılmışıq”, – mesajda vurğulanır.

Qeyd edək ki, Rusiyada 1000-dən çox “KFC” və 50-dən çox “Pizza Hut” restoranı fəaliyyət göstərir.

Daha əvvəl “Danone” şirkəti də Rusiyada investisiya layihələrini dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər