Kaspersky Lab” və “Delta Telecom” şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb.
“Kaspersky Lab” şirkətindən verilən məlumata görə, bu müqavilə sayəsində şirkətin müdafiə həllərinin bütün yenilənmələri Azərbaycan istifadəçilərinə regionun ən böyük internet-provayderi olan milli serverlərdən daxil olacaq. Bu yanaşma antivirus bazalarına yeni kibertəhlükələr haqqında məlumatın çatdırılması prosesini asanlaşdırır və sürətləndirir. Artıq Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki, rəqəmsal dünyanın ən aktual təhlükələrindən qorunurlar. Bununla belə, bütün yenilənmələr avtomatik olaraq arxa fon rejimində yüklənilir ki, bu da cihazların işləmə sürətinə əks-təsir göstərmir.
Təhlükə ilə üzləşəmlərin sayı 83%-dək artıb
“Kaspersky Lab” şirkətinin mütəxəssisləri hər gün 300 min zərərli proqram nümunəsi emal edirlər ki, bu da kibertəhlükələrin hansı sürətlə inkişaf etməsindən xəbər verir. Bu tendensiyanı həm də rəqəmsal təhlükələrlə üzləşən istifadəçilərin artan sayı da sübut edir. “Kaspersky Lab” şirkətinin “Kaspersky Security Network” (KSN) bulud müdafiə infrastrukturundan əldə etdiyi daxili statistikaya əsasən, son 12 ayda kibertəhlükələrlə üzləşən Azərbaycan istifadəçilərinin sayı 77%-dən (2016-cı ilin iyul ayı) 83%-dək (2017-ci ilin iyul ayı) yüksəlib.
“Delta Telecom” şirkətinin Məlumatların emalı departamentinin rəhbəri Rüfət Talıbov bildirib: “Bizim üçün ən əsas prioritet müştərilərimizə təklif etdiyimiz həll və xidmətlərin keyfiyyətidir. Biz daimi olaraq istifadə olunan texnologiyanın mükəmməlliyinə can atır, bütün yollarla təklif etdiyimiz xidmətlərin səviyyəsini artırmağa çalışırıq. “Kaspersky Lab” şirkəti ilə əməkdaşlıq bu istiqamətdə atılan önəmli addımdır. Resurslarımızın və imkanlarımızın birləşdirilməsi, şübhəsiz ki, Azərbaycanda istifadəçilərin yüksək texnologiyalar sahəsində maksimum üstünlük qazanmasına səbəb olacaq”.
“Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib: “Biz istifadəçiləri kibertəhlükələrdən qorumaqla yanaşı, həm də istənilən insanın və təşkilatın iş və həyatının rəqəmsal dünyada maksimum rahat və sakit olmasını istəyirik. Məmnunuq ki, Azərbaycanın aparıcı internet-provayderi olan “Delta Telecom” şirkəti bizimlə eyni baxışı bölüşür. Əminəm ki, bu əməkdaşlıq ölkədə informasiya texnologiyaları bazarının inkişafına öz müsbət təsirini göstərəcək”.