5 C
Baku
Saturday, December 14, 2024

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək.

Bu, Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər