2 C
Baku
Sunday, December 15, 2024

Kim bizneslə məşğul olmamalıdır?

Əfsuslar olsun ki, xasiyyətin obyektiv keyfiyyəti, şəxsiyyətin xüsusiyyəti bəzi insanlara öz işlərini qurmasına mane ola bilər.

İlk olaraq qeyd edək ki, hər kəs bütün həyatı boyu inkişaf etməyə, öz üzərində çalışmağa, daim yeni nəsə öyrənməyə hazır deyil. Öz şəxsi işinizi açaraq siz qanunvericiliyin, mühasibatın, satışların və marketinqin əsaslarını bilməlisiniz. Düşünürsiniz ki, bir mütəxəssi tutacaqsız və sizdə hər şey alınacaq? Yanılırsınız. Siz özünüz cümə günü axşam və yaxud bazar günü səhər “müdirə” çalışmaq istərdinizmi? Bizim ölkədə əksər inanlar iş yerində bütün potensiallarını sərf etmirlər. Heç kəs sizə sizin əsl mütəxəssislə çalışacağıza zəmanət verə bilməz.

İkincisi, siz ünsiyyətcil insan olmağa, yeni əlaqələr qurmağı bacarmağa və bu əlaqələri daim qorumağa məcbursunuz. Əgər siz utancaq və özünə qapalı bir insansınızsa, sizin biznesdə yeriniz yoxdur.

Üçüncüsü, siz özünüzdən başqa qərarların məsuliyyətinin yalnız öz üzərinizə götürməyə hazır deyilsiniz. Əsl məsuliyyət hissinin günahkarlıq və özünüzün buraxdığı səhvlərə görə cəzalandırmaq hissləri ilə heç bir əlaqəsi yoxdur. Məsuliyyət sizin öz ailənizin həyat üslubunu təhlükəyə attmayacağınızı təxmin edir.

Yeri gəlmişkən, ailədən danışaq. Sizin uşaqlarınızın sizi nadir hallarda görəcəklərin hazır olun. Öz şəxsi işinizin sizin 24 saat vaxtınızı alacağına və hətta siz yatanda şəxsi işiniz haqqında fikirlərin sizin tərk etməyəcəyinə hazır olun. Geridə qalan hər şey isə pozitiv düşünmə haqqında olan amerikan kitablarıdır. İlk mərhələdə siz var gücünüzlə işləməli olacaqsınız.

Dördüncüsü, siz öz «xobbi»lərinizi unutmalısınız və öz ailənizin həyat səviyyəsini «aşağı endirməlisiniz». Biznes pul yatırımı tələb edir və bəzən siz təxmin etdiyinizdən daha çox pul yatırmaq məcburiyyətində qala bilərsiniz. Əgər siz bir il ərzində daim pul yatırmağa maddi cəhətdən hazır deyilsinizsə, öz şəxsi işinizi açmayın.

Beşincisi, siz risk etməyi, hər səhv qərara görə depressiyaya düşməməyi bacarmalısınız. Biznes və ümumiyyətlə pullar yaxşı oyunçuları sevirlər.

İndi deyəcəklərimiz isə ilk baxışda yuxarıda dediklərimizi tamamilə təkzib edir. Uğurlu biznesmen özünü təhlilə meyillidir. Lakin siz özünüzü günahlandırmağa və narahatçılıq keçirtməyə meyillisinizsə, bu başqa məsələdir. Özünü təhlil sizin hətta neqativ təcrübədən pozitiv bacarıqlar əldə edə biləcəyinzi təxmin edir.

Və yeddincisi, siz mənəvi cəhətdən nəisə satmağa hazır olmalısınız. Bəzi iş adamları onların bizneslərində satışların ən sonuncu iş olduğuna and içirlər. İnanmayın! İlk növbədə siz demək olar ki, hər dəqiqə özünüzü, özü məhsulunuzu, öz xidmətlərinizi satacaqsınız.

Son xəbərlər
Digər xəbərlər