24 C
Baku
Friday, April 26, 2024

Kim Çen In: “Şimali Koreya nüvə silahına nüvə silahı ilə cavab verəcək”

Şimali Koreya nüvə silahına nüvə silahı ilə cavab verəcək.

Bu barədə Şimali Koreya lideri Kim Çen In “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra bildirib.

“Kim Çen In sərt bəyanatı bir daha xatırladıb. Nüvə silahlarına nüvə silahı ilə cavab veriləcək. Açıq qarşıdurmaya eyni cavab veriləcək”, – deyə mesajda bildirilib.

KXDR lideri həmçinin vurğulayıb ki, ordu hər hansı formada silahlı münaqişələrə və müharibəyə tam hazır olmaq üçün çevik reaksiya vermək qabiliyyətinə malikdir.

Qeyd edək ki, KXDR martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini (ICBM) uğurla sınaqdan keçirdiyini açıqlayıb.

“Yonhap” agentliyi bildirir ki, Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

Yaponiya Müdafiə Nazirliyi raketin düşdüyü ərazidə gəmiçilik və aviasiyaya heç bir ziyanın qeydə alınmadığını qeyd edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər