10 C
Baku
Wednesday, December 11, 2024

Kimlər quru yollarından istifadə edə bilər? – RƏSMİ

Azərbaycanda COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ilin martından tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvar ayının 2-dək uzadılıb.

İnfeksiyaya yoluxma sayında azalma müşahidə edildikcə bir çox məhdudiyyətlər aradan götürülüb. Lakin həmin tədbirlər çərçivəsində qapadılan quru sərhədlər hələ də bağlıdır.
Hələlik Azərbaycandan çıxış və ölkəyə giriş üçün yeganə vasitə hava yollarıdır. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlıların yaxınları öz qohumlarına daha tez-tez baş çəkmək istəyirlər. Pandemiya zamanı, yəni yoluxma sayı yüksək həddə olanda bu, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən qaydayla tənzimlənirdi.
Bəs indi mexanizm necədir? Xarici ölkələrə müalicəyə gedənlər, qonşu ölkələrdə birinci dərəcəli qohumu yaşayanlar və ya qonşu ölkələrdə vəfat edən birinci dərəcəli qohumu olanlar üçün xüsusi icazə varmı?
Banker.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:
“Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir”.
Son xəbərlər
Digər xəbərlər