9 C
Baku
Friday, December 13, 2024

Kimya üzrə Nobel mükafatçıları bəlli oldu

İsveç Krallıq Akademiyası 2018-ci il üçün kimya üzrə Nobel mükafatçılarının adlarını açıqlayıb.

Banker.az “Az Vison”a istinadən bilşdirir ki, bu il kimya üzrə Nobel mükafatının qalibləri amerikalı alimlər Frensis Arnold, Corc Smit və Böyük Britaniyalı alim Qreqori Vinterdir.

Onlar bəşəriyyətin kimyəvi problemlərini həll etməkdə istifadə oluna biləcək malekulları təkmilləşdirdiklərinə görə bu mükafata layiq görülüblər. Kimyaçı alimlərin bu nailiyyəti müxtəlif xəstəliklərin müalicəsi üçün yeni dərmanların hazırlanmasına imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl 2018-ci il üçün fiziologiya, tibb və fizika sahəsində Nobel mükafatları öz sahiblərini tapıb. Oktyabrın 5-də isə sülh üzrə Nobel mükafatı təqdim olunacaq. Ənənəyə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi İsveçin paytaxtı Stokholmda 10 dekabrda – Nobel mükafatının təsisçisi, isveçli ixtiraçı Alfred Nobelin (1833-1896) ölüm günündə keçiriləcək. Mükafatlar içərisində yalnız Nobel sülh mükafatı Norveçin paytaxtı Osloda təqdim edilir. Bu il hər bir nominasiya üzrə qaliblərə veriləcək pul mükafatı isə 9 milyon isveç kronudur (təqribən 940 min ABŞ dolları).

Son xəbərlər
Digər xəbərlər