8 C
Baku
Monday, November 18, 2024

Kipr dörd Rusiya milyarderini vətəndaşlıqdan məhrum edib

Kipr hakimiyyəti dörd rusiyalı sahibkarı vətəndaşlıqdan məhrum etdiyini açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bunlar Mixail Qutseriyev (“Safmar”ın əsas səhmdarı), Aleksey Kuzmiçev (“Alfa Group”), Vadim Moşkoviç (“Rusaqro”nun direktorlar şurasının sədri) və Aleksandr Ponomarenkodur.

Ümumilikdə, Nazirlər Kabinetinin son iclasında təsdiq edilmiş Kipr vətəndaşlığından məhrumetmə siyahısına 21 “qızıl pasport” sahibinin adı daxil edilib.

Xatırladaq ki, bundan əvvəl respublika prezidenti Nikos Anastasiadis Rusiya vətəndaşlarının “qızıl pasportlarını” ləğv etmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, Nazirlə Şurası daxili işlər naziri Nikos Nurisə Aİ-nin sanksiya siyahısında olan 850 nəfərdən dördünün vətəndaşlıqdan məhrum edilməsi prosesinə başlamaq səlahiyyəti verib.

Son xəbərlər
Digər xəbərlər