Kipr Ermənistan paytaxtı İrəvan şəhərində diplomatik nümayəndəlik açacaq.
Bunu Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Qeyd edək ki, dünən Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistana iki günlük rəsmi səfərə gedib.
Bu gün Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər ölkələrarası münasibətləri və regional məsələləri müzakirə edib.
Xatırladaq ki, bundan əvvəl Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.