6 C
Baku
Sunday, December 15, 2024

KİV: Ərdoğan və Bəşər Əsəd arasında telefon danışığı ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında telefon danışığı ola bilər.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, Soçidə Rusiya dövlət başçısı Vladimir Putin türkiyəli həmkarı ilə danışıqları zamanı Ərdoğan-Əsəd görüşünə dair təkliflə çıxış edib.

Qəzet yazır ki, rəsmi Ankara bunun hələ “çox tez olduğunu” bildirib. Bununla belə, mümkün Ərdoğan-Əsəd dialqounun telefon danışığı səviyyəsində baş tuta biləcəyi qeyd edilib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər