10 C
Baku
Friday, December 13, 2024

KİV: ABŞ Çinə qarşı ixrac məhdudiyyətlərinin tətbiqini müzakirə edir

ABŞ nümayəndələri Avropadakı həmkarları ilə Çinə qarşı ixrac məhdudiyyətlərinin tətbiqinin mümkünlüyünü müzakirə edir.

Bu barədə məlumatı “Bloomberg“ öz mənbələrinə istinadən yayıb.

Avropa İttifaqı (Aİ) ABŞ-ın mövqeyi ilə razı deyil və Rusiya mövzusundakı yanaşmanı Çinə tətbiq etməyi planlaşdırmır.

Rəsmi Vaşinqton isə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasətindən nəticə çıxararaq, eyni metodlardan Çinə qarşı istifadə edərək ixrac məhdudiyyətləri tətbiq etməyi vacib sayır.

Xatırladaq ki, dekabr ayında ABŞ və Aİ Şurası arasında ikitərəfli ticarət və texnologiya sahəsində görüş gözlənilir.

Avropa ölkələrinin bəziləri bu məsələyə ehtiyatla yanaşır və bu səbəbdən də bu gün ABŞ nümayəndəsi Ketrin Tay və Aİ ölkələri ticarət nazirləri arasında Praqada keçiriləcək görüş zamanı Çinə məhdudiyyət tətbiqi məsələsinin müzakirə olunacağı dəqiq məlum deyil.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər