ABŞ öz sülh planının şərtlərinə razılıq verməsi üçün Ukraynanı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü azaltmaqla hədələyib.
Bunu “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib.
Agentliyin məlumatına əsasən, Vaşinqton hazırda Kiyevə əvvəlki sülh danışıqlarında olduğundan daha güclü təzyiq göstərir və gələn cümə axşamına qədər çərçivə sənədini imzalamağı tələb edir.
Qeyd edək ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı plan təqdim edib. Bu plana görə, Ukraynadan bir sıra güzəştlərə, o cümlədən ərazi güzəştlərinə getmək tələb olunur.







