2 C
Baku
Saturday, December 14, 2024

KİV: “Qərb döyüş meydanındakı durumu dəyişmək üçün Ukraynaya hərbi yardım paketini xeyli dəyişə bilər”

Qərb siyasətçiləri daha güclü silahların tədarükü də daxil olmaqla, döyüş meydanında əhəmiyyətli dönüş əldə etmək üçün Ukraynaya hərbi yardımın artırılması variantlarını nəzərdən keçirirlər.

Bu barədə mənbələrə istinadən “Evening Standard” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ukrayna əks-hücumunun səngiməsi fonunda Qərb Rusiyanın Ukraynadakı hərəkətlərinə, məsələn, enerji infrastrukturuna hücumlara cavab strategiyasından qabaqlayıcı addımlar, xüsusən də Kiyevə “əvvəlcədən” hərəkətə keçməyə imkan verəcək siyasətə keçmək imkanını müzakirə edir. Qeyd edilib ki, Qərb Ukraynanın davam edən müharibədə “həlledici üstünlük” əldə etməsini istəyir.

Nəşrin mənbələri bildiriblər ki, zaman keçdikcə ABŞ və onun Avropadakı müttəfiqləri öz döyüş təyyarələrini Ukraynaya tədarük edə bilərlər: “Bütün bunlar araşdırılır və ukraynalılarla danışıqların tərkib hissəsidir. Döyüş təyyarələrindən bəhs edildiyini eşitməmişəm, amma hər şey indiki kimi davam edərsə, o zaman düşünürəm ki, bu mövzuda müzakirələr olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər