Kiyevin meri Vitali Kliçko bildirib ki, ölkədə müharibənin davam etdiyi bir vaxtda Kiyevdə normal həyat tədricən bərpa olunur, eyni zamanda əvvəllər küçə və prospektlərdə qurulan bəzi barrikadalar genişləndirilib, bəziləri isə artıq sökülür.
Son günlərdə müharibənin Donbas bölgəsində güclənməsi səbəbindən paytaxt Kiyevə qayıdanların sayı artmağa başlayıb. Sirena səslərinin son bir həftədə yenidən artmağa başladığı Kiyevdə nəqliyyat vasitələrinin sıxlığının artması, küçə və prospektlərdə qurulan barrikadaların genişləndirilməsi, kənar məhəllələrdə bəzi barrikadaların sökülməsi diqqət çəkir.

Ölkədə müharibənin davam etdiyini xatırladan Kliçko, “Biz müharibə şəraitində yaşayırıq, ona görə də barrikadalar qalacaq. Bəzi barrikadalar sökülüb, bəziləri isə qalacaq” deyib.
Mart ayında Kiyevdə sənət evləri və kilsələrin qarşısındakı büstlər və heykəllər mart ayında qum torbaları və taxta lövhələrlə örtülüb, onlar hələ də mühafizə altında qalmağa davam edir.







