16 C
Baku
Monday, April 29, 2024

Kiyev taxıl nəqli üçün yeni marşrutu nəzərdən keçirir

Kiyev hakimiyyəti Bolqarıstan və Rumıniyanın ərazi suları vasitəsilə taxıl nəql etmək üçün yeni marşrutu nəzərdən keçirir.

Bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bildirib.

“Bizim nöqteyi-nəzərimizdən bunu reallaşdırmaq olar… Rumıniya və Bolqarıstanın ərazi suları ilə” deyib Bodnar.

O qeyd edib ki, bu variant mümkün hesab olunur. Eyni zamanda, Ukrayna səfirinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynaya belə bir ssenarinin həyata keçirilməsini təmin etməlidir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi taxıl əməliyyatının dayandırıldığını bildirmişdi.

BMT-nin Baş Katibi Antonio Quterreşin Rusiyadan və Ukraynadan kənd təsərrüfatı ixracını təmin etmək üçün hər cür yolları araşdırdığı da bildirildi.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər