8 C
Baku
Friday, December 13, 2024

Kiyevdə terrorçu bankı ələ keçirdi

Naməlum şəxs Kiyev şəhərinin mərkəzində yerləşən bir banka daxil olaraq özünü partlatmaqla hədələyib.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs Özbəkistan vətəndaşıdır.

“Avqustun 3-də, saat 12:00-da “Universal Bank” şirkətinin nümayəndəsinin polisə zəng edərək verdiyi məlumata görə, 35 yaşına çatmamış naməlum bir şəxs ofisə girərərk kürək çantasında bomba olduğunu bildirib və polisə zəng edilməsini tələb edib. Bank əməkdaşları binanı tərk ediblər və şöbə müdiri isə öz istəyi ilə bankda qalıb. Polis əməkdaşları terrorçu ilə danışıqlara başlayıb”,- deyə Qeraşenko öz feysbuk hesabında bildirib.

Bundan əlavə, sözügedən şəxs canlı yayıma çıxış imkanının verilməsini tələb edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər