Kiyevdə yenidən komendant saatı elan edilib.
CNN-in xəbərinə görə, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk “Telegram” kanalında məlumat yayıb.
O, bildirib ki, Rusiyanın təxribatçı fəaliyyəti ilə əlaqədar olaraq bu həftə bazar ertəsindən cümə gününədək yerli vaxtla axşam saat 22:00-dan səhər 05:00-dək komendant saatı tətbiq ediləcək.
“Biz xatırladırıq ki, komendant saatı ərzində küçələrdə və digər ictimai məkanlarda olmaq, nəqliyyat vasitələri və ya piyada hərəkət etmək qadağandır”, – deyə o bildirib.
Aleksandr Pavlyuk vurğulayıb ki, komendant saatının tətbiq edilməsində məqsəd əhalini düşmənin təxribatçı addımlarından qorumaqdır.