Brent markalı neftin iyun ayı üzrə fyuçersinin qiyməti ICE birjasında bir barel üçün $126,3-ə qədər yüksəlib. Beləliklə, Brent-in qiyməti 2022-ci ilin 9 mart tarixindən bəri ilk dəfə $126 həddini keçib.
Bakı vaxtı ilə saat 8:50-yə olan məlumata görə, Brent 12,6% artaraq $125,3 səviyyəsində ticarət olunur. İyun ayı üzrə WTI fyuçersləri isə 10,5% bahalaşaraq $110,5/barel olub.
Aprelin 28-də isə neft qiymətləri azalmağa başlamışdı. Buna səbəb BƏƏ-nin 1 may tarixindən OPEC və OPEC+ tərkibindən çıxmaq qərarını elan etməsi olub.
Ekspertlərin fikrincə, bu addım digər OPEC üzvlərini də təşkilatı tərk etməyə təşviq edə və neft qiymətlərində aşağı səviyyəli bir dövr yarada bilər ki, bu da Rusiya üçün risklər formalaşdırır.







