10 C
Baku
Wednesday, December 11, 2024

“Klarna” $31 mlrd. qiymətləndirmə ilə Avropanın ən bahalı fintex-startapı statusunu təsdiq etdi

“Klarna” fintex-startapı investorlardan 31 milyard dollar qiymətləndirmə ilə 1 milyard dollar cəlb edib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Startapın qurucusu və baş direktoru Sebastyan Semyatkovski ilkin mərhələdə 500 milyon dollar cəlb etməyi planlaşdırdığını qeyd edib.

Bu, sentyabrın son raundunda olan 10.6 milyard dollardan təxminən üç dəfə çoxdur. Xatırladaq ki, həmin dövrdə startap 650 milyon dollar investisiya cəlb etmişdir.

Qeyd edildiyi kimi, raundda 30-dan çox köhnə və yeni investor iştirak edib.

Semyatkovskinin sözlərinə görə, bu investisiyalar “Klarna”ya “kredit kartı sektoruna meydan oxumağa” kömək edəcək. Startap vəsaitlərin bir hissəsini texnologiya şirkətlərinə xərcləməyi planlaşdırır.

Ümumiyyətlə, “Klarna” startapı yeni xidmətlərin inteqrasiyasının çətinliyi səbəbindən rəqiblərlə birləşməkdə çox da maraqlı deyil. Startap iqlim dəyişikliyi ilə mübarizə aparan təşkilatlara təxminən 10 milyon dollar bağışlayacaq.

Xatırladaq ki, Semyatkovski “Klarna” xidmətini 2005-ci ildə işə salıb. Hal-hazırda “Klarna”dan 90 milyondan çox insan istifadə edir. Onların 15 milyonu ABŞ-ın payına düşür.

Son xəbərlər
Digər xəbərlər