6 C
Baku
Sunday, December 15, 2024

“Klarna” $46 mlrd. qiymətləndirmə ilə Avropanın ən bahalı fintex-startapı statusunu təsdiq etdi

“Klarna” 46 milyard dollar qiymətləndirmə ilə Avropanın ən bahalı fintex-startapı statusunu təsdiq edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Xatırladaq ki, daha əvvəl startap “SoftBank”dan 639 milyon dollar investisiya cəlb edib.

2021-ci ilin əvvəlində xidmətin həmtəsisçisi Sebastyan Semyatovski “CNBC”yə bildirib ki, startap bu il birjaya çıxmaq imkanlarını nəzərdən keçirir.

Sebastyan Semyatovski, Viktor Yakobsson və Niklas Adalbert “Klarna”nı 2005-ci ildə işə salıblar. Xidmət istifadəçilərə tərəfdaş mağazalarda hissəli ödəniş etməyə imkan verir. Bu gün “Klarna”dan 90 milyondan çox insan istifadə edir. Onların 15 milyonu ABŞ-ın payına düşür.

İlk dəfə “Klarna” 2019-cu ilin avqust ayında Avropanın ən bahalı fintex-startapı olub. Onda xidmət 460 milyon dollar investisiya cəlb edib.

2020-ci ilin sentyabrında investorlar startapı 10.6 milyard, 2021-ci ilin martında isə 31 milyard dollar dəyərində qiymətləndiriblər.

Son xəbərlər
Digər xəbərlər