-1 C
Baku
Sunday, December 15, 2024

“Klarna” fintex-startapı $31 mlrd. qiymətləndirmə ilə $1 mlrd. cəlb etməyi planlaşdırır

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, Avropanın ən bahalı fintex-startapı olan “Klarna” şirkəti 31 milyard dollar qiymətləndirmə ilə 800 milyon dollardan 1 milyard dollaradək investisiya cəlb etməyi planlaşdırır.

Banke.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında startap 10.6 milyard dollar qiymətləndirmə ilə 650 milyon dollar cəlb etmişdir. “Klarna”nın baş direktoru Sebastyan Semyatkovski şirkətin birbaşa listinq və ənənəvi IPO variantını istisna etmir. Onun sözlərinə görə, bunun 2022-ci ildə baş verəcəyi gözlənilir.

Qeyd edək ki, “Klarna” startapı 2005-ci ildə işə salınıb. Hal-hazırda şirkətdə 90 milyondan çox insan çalışır, onların 15 milyonu ABŞ-ın payına düşür.

Son xəbərlər
Digər xəbərlər