-3 C
Baku
Sunday, December 15, 2024

Klirinq nədir?

Klirinq — (ingilis dilində clearing) qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmalar sistemidir.

Öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemi. Bu zaman əmtəə və xidmətləri, qiymətli kağızları və s. aktivləri alan tərəf həmin məbləğ müqabilində satıcı tərəfin ona qarşı olan öhdəliyini ləğv edir.

Ölkə daxilində klirinq, hesablama ödəmələri vasitəsilə yerinə yetirilən banklar arasında nağdsız hesablamalar sistemini özündə əks etdirir. Xüsusi olaraq beynəlxalq hesablamalarda yaranan klirinqlər dövlətlər arasında bir-birinə olan borclarının ödənişi haqqında razılaşmalar formasında həyata keçirilir. Klirinq qarşılıqlı tələblər hesablamaları yolu ilə xarici ticarət əməliyyatlarında da tətbiq olunur.

Bəzi, çox istifadə olunan terminlər

  • AZIPS – Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemidir.
  • SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemidir.
  • XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir.
  • BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir.
  • İştirakçı –AZIPS və/və ya XÖHKS-ə dair Kollektiv Sazişə qoşulmuş (müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
  • Autsayder – AZIPS və/və ya XÖHKS-in İştirakçısı olmayan (müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
  • Emitent İştirakçı – vəsaiti göndərən İştirakçıdır.
  • Benefisiar İştirakçı – vəsaiti alan İştirakçıdır.
  •  Valyutalaşma tarixi – ödəniş sənədinin icra olunma tarixidir.
  • Kod – banka (müstəsna hallarda digər hüquqi şəxsə) Mərkəzi Bank tərəfindən verilmiş altı rəqəmli identifikasiya nömrəsidir.
  • SWIFT BİK-i – banka (müstəsna hallarda digər hüquqi şəxsə) SWIFT tərəfindən verilmiş identifikasiya nömrəsidir.
  • Paket ödənişləri – XÖHKS-də İştirakçılar tərəfindən qruplaşdırılan ödəniş tapşırıqlarıdır.
  • Klirinq hesabı – İştirakçıya XÖHKS-də açılmış hesabdır.
  •  Klirinq sessiyası – XÖHKS-də gün ərzində İştirakçıların Paket ödənişlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis mövqelərin (Klirinq hesabına daxil olan ödənişlərin cəmi ilə Klirinq hesabından silinən ödənişlərin cəmi arasındakı fərq) müəyyənləşdirilməsi dövrüdür.
  • Klirinq – XÖHKS-də Klirinq sessiyası ərzində İştirakçıların xalis mövqelərinin müəyyənləşdirilməsi prosesidir.

Beynəlxalq ticarət və ya maliyyə kredit münasibətlərində dəyərin öhdəliklərin ləğvi ilə əvəz edilməsi, yaxud öhdəliklərin qarşılıqlı əvəz edilməsi əsasında hökumətlərarası razılaşmaya valyuta klirinqi deyilir.

Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir. Klirinq, bazarda bütün alış və satış sifarişlərini uyğunlaşdırmaq üçün vacibdir.

Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir.

Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir. Nəticədə klirinq mərkəzi öz üzərinə heç bir risk götürmür, onun səhmlər üzrə təmiz mövqeyi sıfıra bərabər olur: o nəyi alırsa, – onu da verir. Açıq mövqelərin klirinq mərkəzi tərəfindən öz üzərinə götürülməsi prosesi novasiya adlandırılır.

Eyni zamanda qiymətlər əhəmiyyətli dərəcədə enib-qalxa bilən qiymətli kağızlar törəməsi bazarı kimi bir sıra bazarlarda, klirinq mərkəzi iştirakçılardan alqıya yaxud satqıya olan açıq mövqelərin miqdarına uyğun olaraq girov daxil etməyi tələb edir. Belə ödəməni depozit marja adlandırırlar. Gün ərzində mövqe bağlanmadığı halda, o derivativlər bazarında gündəlik reprezentativ yenidən qiymət qoyma üzrə, məsələn bağlanma qiyməti üzrə qabaqcadan qiymətləndirilir. Əgər bu halda depozit marjanın ölçüsü azalırsa, hərrac iştirakçılarına fərqi ödəmək tələbi irəli sürülür. Və əgər artırsa, bu halda hesablarda azad pul qalığı qalır. Bu məbləğ müsbət yaxud mənfidir və variasiya marjası adlandırırlır.

Dünyada ən tanınmış klirinq mərkəzlərindən olan LCH.Clearnet ancaq birjalara xidmət göstərmir, o 348 trln dollar dövriyyəsi olan banklar arası bazarın törəmə borc maliyyə alətlərinin təxminən yarısına xidmət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər