26 C
Baku
Thursday, June 20, 2024

KOBİA-nın mənfəəti 6 dəfədən çox azalıb

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 2022-ci ili 2 milyon 900 min manat mənfəətlə başa vurub. 2021-ci ildə KOBİA-nın mənfəəti 18 milyon 305 min manat olub ki, bu da illik müqayisədə 6.3 dəfə azdır.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə KOBİA-nın əməliyyat gəlirləri 46 milyon 575 min manat, işçi heyəti üzrə xərcləri 11 milyon 7 min manat, amortizasiya xərcləri 768 min manat, digər əməliyyat xərcləri 33 milyon 943 min manat təşkil edib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

mv mv1 mv3 mv4

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər