13 C
Baku
Friday, March 29, 2024

KOBİA şirkətindən maya geri çəkilir

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Banker.az-ın məlumatına görə, “Birgə İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edir. Şirkətin nizamnamə kapitalı 3 700 000 manat idi.

Kreditorlar bir ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumun KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər
Digər xəbərlər