13 C
Baku
Wednesday, May 8, 2024

KOBİA və “QazTrade” arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki. iclas çərçivəsində KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyətinin baş direktoru Əzəmət Əsgərulı imzalayıblar.

Memorandumda ticarət məsələləri üzrə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərdə iştiraka dair məsələlər öz əksini tapıb.

İşgüzar Şuranın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov həmçinin, KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər