9 C
Baku
Friday, December 13, 2024

Kollektor şirkətinin direktoru: “Bu həbslər bankdan kreditlər götürüb, geri qaytarmayanlara böyük bir dərs olacaq”

“Biz Hacı İbrahim Nehrəmli və Nizami Piriyevin Beynəlxalq Banka olan kredit borclarını ödəyə bilmərik”.

Bunu  açıqlamasında Azərbaycanda ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC-nin direktoru Samir Mustafayev bildirib. 

Agentlik rəhbəri küllü miqdarda kredit borcu olan iş adamlarına müraciət edəcəkləri təqdirdə belə kömək edilməyəcəyini deyib.

“Mən banklara borcu olan şəxslər barəsində atılan addımları dəstəkləyirəm. Borc götürülübsə, mütləq geri qaytarılmalıdır. Bu həbslər bankdan kreditlər götürüb, geri qaytarmayanlara böyük bir dərs olacaq”.

S.Mustafayev kredit qalmaqalında adı hallanan Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq etmədiklərini qeyd edib: “Bizim şirkət borclulara və banklara dəstək olmaq üçün yaradılıb. Onlar arasında dəstəkverici qurumuq. Borclu borcunu geri qaytara bilmirsə, biz həmin bankdan onun borcunun silinməsini, bağışlanılmasını xahiş edə bilərik. Hər bir halda biz vətəndaşın banka olan borcunu ödəməsi üçün köməklik etməyə çalışırıq. Biz çox böyük məbləğdə kreditləri ödəmirik. Maksimum 20-30 min manata yaxın avtokreditləri banka ödəyə bilərik.

Agentliyimizə hər hansı bir oliqarxdan banka olan yüksək məbləğdə kredit borcunu qaytarmaq üçün müraciət daxil olmayıb. Hazırda 4-ə yaxın bankla əməkdaşlıq edirik”.

Qeyd edək ki, Baku Collecting Agency (BOA) MMC 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyidir. “BOA” kollektor agentliyinin iki təsisçisi var. Təsisçilər İlkin Qəribli və Rüstəm Hacıyevdir.

AzVision.az

Son xəbərlər
Digər xəbərlər