16 C
Baku
Sunday, October 6, 2024

Kolumbdan öncə Amerikanı kim kəşf edib?

Leif Eriksson vikinq idi. O hələ Kolumbun Amerikanı kəşf etməsindən 500 il əvvəl bunu etmişdi.

Erikssonun soyadı atası Erik-in adından əmələ gəlmişdir. Belə ki, skandinaviyalılar atalarının adları daxil olan soyad qəbul edirdilər. “Eriksson” isə məlum olduğu kimi “Erikin oğlu” demək idi. Leif-in öz oğlu isə Leifsson soyadı daşıyırdı.

Leif Amerikanı kəşf etməmişdən öncə Norveç kralı Olaf Tryggvason tərəfindən xaç suyuna salınmışdı.

Vikinqlər dənizdə olarkən istiqaməti təyin etmək üçün günəş və ulduzlardan istifadə edirdilər. Onlar kompasın nə olduğunu hələ bilmirdilər. Tutqun havada isə günəşin hansı səviyyədə olduğunu yoxlamaq üçün isə “günəş daşından” istifadə edirdilər. Bu daş kalsitdən ibarət mineral idi və günəş şüalarını qütbləşdirmək bacarığına sahib idi. Səma buludlarla örtülü olduqda, yaxud qar yağdıqda vikinqlər bu daşın köməkliyi ilə günəşin dəqiq vəziyyətini müəyyən edirdilər.

Leif Eriksson 1000-ci ildə heyətində cəmi 35 nəfər olan gəmi ilə Amerika qitəsinin sahillərinə çatır. Təxminlərə əsasən, o Labradora və Newfoundlanda qədər gedə bilmişlər. Newfoundlandda üzüm bolluğu olduğundan Leif buranı “Vinland” adlandırmışdı.

Grenlandiyaya qayıdan Leif öz kəşfini qardaşı Torvalda danışır. Torvald da öz növbəsində Newfoundlanda yollansa da, amerikalı hindularla mübarizədə həlak olur.

Son xəbərlər
Digər xəbərlər