6 C
Baku
Sunday, December 15, 2024

Kolumbiya Azərbaycana qəhvə məhsullarının ixracında maraqlıdır

Kolumbiya Azərbaycana qəhvə məhsullarının ixracında maraqlıdır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, bu barədə Kolumbiyanın Azərbaycanda yeni təyin olunan səfiri Luis Fernando Kuartas Ayala agentliyin icraçı direktoru Yusif Abdullayev ilə görüşündə deyib.

Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, o cümlədən “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, eləcə də Azərbaycanın investisiya imkanları və ticarət tərəfdaşları haqqında məlumat verib. Bildirilib ki, AZPROMO müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil etməklə analoji qurumların funksiyalarından kənara çıxır. Bununla yanaşı, AZPROMO-nun Kolumbiyanın turizm sektorunu, investisiyalarını və qeyri-ənənəvi ixracını təşviq edən PROCOLOMBIA qurumu ilə əməkdaşlıq əlaqələri vurğulanıb.

Səfir Luis Fernando Kuartas Ayala ölkələr arasında siyasi əlaqələri qeyd edərək, Kolumbiya şirkətlərinin, həmçinin ölkəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəliklərinin Azərbaycan iqtisadiyyatında fəaliyyətinin təşkilinin potensial perspektivləri haqqında danışıb. Qeyd edilib ki, Kolumbiyadan Azərbaycana qəhvə, gül və əczaçılıq məhsullarının ixracı hazırda maraq doğuran məsələlərdəndir. Bu müstəvidə tərəflər arasında məlumat mübadiləsinin aparılması və ölkələrimizdə fəaliyyət göstərən sahibkarların AZPROMO tərəfindən əlaqələndirmə işlərinə dəstəyin göstərilməsinə dair razılıq əldə olunub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər