10 C
Baku
Thursday, December 12, 2024

Kolumbiya İsrailə kömür ixracını dayandırıb

Kolumbiya Prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə bu ölkəyə kömür tədarükünü dayandıran fərman imzalayıb.

Müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.

“İsrailə kömür ixracı qadağandır”, – fərmanda deyilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.

Fərmanda qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib. Sənəddə deyilir: “İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər