21 C
Baku
Thursday, April 25, 2024

Kolumbiya yeni prezidentini seçir

Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilir.

Bu gün ölkə solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edir.

Ekspertlərin fikrincə, R.Hernandes qalib gələrsə, seçki strategiyasının müasir dünyadakı bütün stereotiplərini qıracaq. Digər siyasi qüvvələrlə müqavilə bağlamaqdan imtina edən R.Hernandes seçkiqabağı kampaniyaya minimum pul xərcləyib.

O, meydanda seçicilərin qarşısında çıxış etməyib. Sosial şəbəkələrdən fəal istifadə edən namizəd Bukaramanqadakı evindən canlı yayımla seçiciləri ilə əlaqə saxlayaraq gələcək planları barədə məlumat verib. Onun kampaniyasının əsas şüarı “Korrupsiyaya son qoyaq”dır.

Qeyd edək ki, Q.Petro qələbə qazanacağı təqdirdə Kolumbiyanın siyasi tarixində seçkilərlə seçilmiş ilk solçu dövlət başçısı olacaq.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər