36 C
Baku
Wednesday, August 17, 2022

Kolumbiyanın yeni prezidenti bəlli oldu

Kolumbiyada prezident seçkilərinin ikinci turunda Qustavo Petro qalib gəlib. Seçkilərin ikinci turunda 99.88%-i açılan sandıq nəticələrinə görə, Tarixi Pakt Koalisiyasının solçu namizədi Petro 50.46%-lə ən çox səs toplayıb və Kolumbiyanın 60-cı prezidenti olub.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Rəhbərlər Liqasının namizədi Rodolfo Hernandez 47.28%-lə Petrodan geri qalıb. 22 milyondan çox kolumbiyalının səs verdiyi seçkidə 62 yaşlı Petro 11 milyondan çox səs toplayıb. Onun müstəqil rəqibi Hernandez isə 10 milyon 500 mindən çox səs toplayıb.

Petronun köməkçisi Fransiya Markes ölkə tarixində ilk qadın afro-kolumbiyalı vitse-prezident olacaq. Petro avqustun 7-də prezident İvan Dukedən prezidentlik kürsüsünü təhvil alacaq.

Qeyd edək ki, Vitse-prezident və xarici işlər xaziri Marta Lusia Ramirez keçirdiyi mətbuat konfransında bildirib ki, seçkiləri izləmək üçün 33 ölkədən 418 beynəlxalq müşahidəçinin iştirak edəcəyini bildirmişdi.

Son xəbərlər
Oxşar xəbərlər