25 C
Baku
Wednesday, September 28, 2022

Komandada (işdə) yaranan münaqişələr

Hər hansı bir iş mühitində səbirsiz, münaqişə sevən və öncədən aqressiyaya köklənmiş işçilər var. Problemli vəziyyətlərin və gözlənilməz halların ortaya çıxması bu tip insanlarda şiddətli reaksiyaya səbəb olur və münaqişəyə səbəb olur.

Peşəkar etika və subordinasiya işdə münaqişənin həllinə kömək edir. Ancaq mübahisənin qızğın vaxtında bu vacib keyfiyyətləri hər kəs unudur.

İş yerində münaqişələrin səbəbləri və növləri

İşdə qarşıdurmanın səbəbləri müxtəlif səbəblərdən ola bilər, o cümlədən karyera vəzifə yüksəlmək uğrunda mübarizə, bəzi vəzifələrin (tələblərin) həlli ilə bağlı müxtəlif fikirlər, rəhbərliyin tələblərinə əməl etmək istəməmək və fərdlərlərarası fikir ayrılıqlarının yaranması.

Psixoloqlar işdəki münaqişə vəziyyətlərinin aşağıdakı növlərini ayırd edirlər:

  1. Şəxsin daxili münaqişəsi – bu halda, peşə vəzifələri şəxsi inanclarına, dəyərlərinə və qaydalarına zidd olan bir işçinin eyni şəxsiyyətində daxili ziddiyyətlər yaranır.
  2. Fərdlərarası münaqişə müxtəlif vəzifələrdə çalışan işçilər arasında baş verə biləcək ən çox yayılmış münaqişə növüdür.
  3. Fərdi və qrup arasındakı münaqişə – komandada belə bir böhran ən çətin və mürəkkəbi sayılır- işçinin marağı bir qrup işçilərin maraqları ulə üst üstə düşməyəndə.Adətən belə münaqişələr liderlə tabeliyində olan işçilərin arasında yaranır.

Sizə bir neçə peşakar psixoloq kimi  praktiki tövsiyəm olacaq:

  • Aqressiyaya, provokasiyaya hər hansı təxribata cavab olaraq çalışın ki, ünsiyyət zamanı təmkinli olun – manipulyatorun əsas məqsədi sizi özünüzdən çıxartmaqdır və qıcıqlandırmaqdır;
  • Hər hansı bir cavabdan əvvəl – fasilə verməyi öyrənməklə bunun qarşısını ala bilərsiniz;
  • Time-out götürün – peşəkar müzakirənin münaqişəyə çevrildiyini hiss edirsinizsə, söhbəti bir müddət təxirə salmağa çalışın (Məsələn, mən bu haqda sizinlə indi danışmağa hazır deyiləm ,gəlin görüşü sabaha keçirək). Bu müddət ərzində söhbətə hazırlaşmağa, qarşı tərəfin isə hirsinin soyumağına imkan olacaq;
  • Həmsöhbətin kimliyindən asılı olmayaraq onla hörmətlə davranın və danışın – qarşıdurmanın qızğın vaxtında belə  şəxsiyyətinə toxunacaq sözlərə yol verməyin (təhqir, alçaltmaq). Həmsöhbətinizin cinsi, irqi, yaşı və ya digər şəxsi məsələlərdə təhqir etməyə imkan verməyin. Ən çətini həmsöhbət sərt ifadələrə keçəndə qarşılıqlı təhqirdən çəkinməkdir;
  • Heç bir halda manipulyatorun (aqressorun) bu tələsinə çalışın düşməyəsiniz – bu məğlubiyyət aparan yoldur.Aqressorun əsas məqsədi sizin zəif və ya həssas nöqtənizi tapmaqdır.

nigar cebrayilova nigar jabrayilova

Müəllif:
Nigar Cəbrayılova
Klinik psixoloq

Son xəbərlər
Oxşar xəbərlər