Moldova yanacaq çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edib

Moldova hökuməti yanacaq çatışmazlığı ilə əlaqədar energetika sahəsində yüksək hazırlıq rejimi elan edib. Xüsusi rejim 30 gün müddətinə qüvvədə olacaq.

“Biz yüksək hazırlıq rejimini panika yaratmaq üçün deyil, qabaqlayıcı tədbirlər görə bilmək üçün tətbiq edirik. Belə hallar əvvəllər də baş verib. Bugünkü tədbirlər kənd təsərrüfatı mövsümündə yanacaq tədarükündə fasilələri minimuma endirməyə yönəlib”, — deyə Baş nazir Vasili Tofan bildirib.

Moldova hakimiyyətinin məlumatına görə, ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin təxminən 10%-ni təşkil edən 50 yanacaqdoldurma stansiyasında dizel yanacağı tükənib.

Hakimiyyət yanacaq çatışmazlığını Dunay çayında su səviyyəsinin aşağı düşməsi nəticəsində su nəqliyyatı ilə tədarükün çətinləşməsi, eləcə də Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirib.

Mart ayında Moldova Ukrayna ərazisindən keçən elektrik ötürücü xəttin zədələnməsi səbəbindən energetika sahəsində 60 günlük fövqəladə vəziyyət rejimi elan etmişdi. Lakin həmin rejim nəzərdə tutulandan əvvəl ləğv olunmuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər