28 C
Baku
Saturday, July 27, 2024

Komitə sədri: Vergi islahatları Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək

Banker.az bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsininsədri Ziyad Səmədzadə 2019-cu ildə Azərbaycanda ÜDM-in 3,6% səviyəsində artımını real hesab edir.

“Hesab edirəm ki, 2019-cu ildə iqtisadiyyatın 3,6% səviyyəsində artımı realdır”, – Z.Səmədzadə çərşənbə axşamı parlamentdə gələn il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il hökumət iqtisadiyyat və əhalinin rifahına müsbət təsir göstərəcək vergi islahatları həyata keçirməyi planlaşdırır.

“Bunlar, 7 il müddətinə güzəştlər (gəlir vergisi üzrə – İF), sadələşdirilmiş vergi dərəcəsinin 2%-dək azaldılmasıdır. Bu və digər islahatlar müsbət nəticələrə səbəb olacaq”, – Z.Səmədzadə vurğulayıb.

O hesab edir ki, qeyd olunan islahatlar həmçinin gələcəkdə DSMF-yə daxilolmaların, pensiyaların yığım hissəsinin artımına şərait yaradacaq.

İnterfaks.az

Son xəbərlər
Digər xəbərlər