7 C
Baku
Sunday, December 15, 2024

Kommersiya banklarının funksiyaları və strukturu

Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. 

Bank — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Kommersiya bankları — maliyyə-kredit piramidasında orta həlqəni təşkil edirlər. Onlar kredit ticarəti aparan özünəməxsus supermarketləri xatırladırlar. Kredit satışı həyata keçirmək üçün müvəqqəti olaraq sərbəst hesab edilən pul vəsaiti tapmaq lazımdır.

Kommersiya banklarının maliyyə resursları:

Kommersiya banklarının maliyyə resursları nədən ibarətdir?

  • nizamnamə kapitalı;
  • Bölüşdürülməmiş mənfəət;
  • Cəlb edilmiş vəsaitlər (depozitlər, müddətli və ya tələbli, cari və ya əmanətlər).
bankfunk

Kommersiya bankları fiziki və hüquqi şəxslərdən pul vəsaiti cəlb edərək, onları maliyyə bazarında yerləşdirirlər. Kommersiya banklarının maliyyə resurslarının əsas hissəsi (80%-ə qədəri) cəlb edilmiş vəsaitlərdən (əmanət və depozitlərdən) ibarət olur

Kommersiya banklarının əsas funksiyaları

Kommersiya banklarının başlıca funksiyaları bunlardır:

  • müvəqqəti sərbəst olan pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi;
  • müəssisə, dövlət və əhalinin kreditləşdirilməsi;
  • kredit pullarının buraxılışı;
  • ödəniş və pul köçürmələrinin həyata keçirilməsi;
  • kredit pullarının buraxılışı;
  • təsərrüfatda hesablaşma və köçürmələrin həyata keçirilməsi;
  • emissiya-təsisedici funksiya;
  • konsultasiya, iqtisadi və maliyyə sahəsinə dair informasiya təchizatı.

Müəssisə, dövlət və əhaliyə kredit verilməsi funksiyası çox vacib iqtisadi əhəmiyyət daşıyır. Sərbəst pul vəsaitlərinin onların sahibləri tərəfindən pula ehtiyac olan insanlara, yəni borcalanlara bir başa verilməsi nisbətən dolaşıq bir proses yaradardı. Bank bu zaman maliyyə vasitəçi qismində çıxış edir, yekun kreditorlardan maliyyə vəsaitləri alaraq, onları yekun borcalanlara təqdim edir. Kommersiya bankaları müştərilərinə uzunmüddətli istifadə edəcəkləri əşyaları almaqdan ötrü kredit verərək, onların həyat səviyyəsinin yaxşılaşmasına xidmət göstərir. Dövlət xərcləri heç də həmişə dövlət gəlirləri tərəfindən tam qarşıla bilmir, buna görə də bəzən banklar dövlətlərin də maliyyə fəaliyyətini kreditləşdirir.

Kommersiya bankının funksiyaları – depozit faizləri müqabilində vəsaitlərin cəlb olunması və onların ssuda faizləri qarşılığında kredit bazarında yerləşdirməkdir. Amma eyni zamanda kommersiya bankının (KB) başqa çoxtərəfli funksiyaları da vardır.

  • Maliyyə vasitəçisi – müddətlilik, geri qaytarılma və haqqı ödənilmə şərtləri ( bank əmanətçilərinin cari və depozit hesablarına görə əldə etdiyi faizlər) əsasında fiziki və hüquqi şəxsləri vəsaitinin cəlb edilməsi;
  • Kreditləşmə – kommersiya bankları müəssisləri, təşkilatları və fiziki şəxsləri kreditlə təmin edir və bununla da iqtisadiyyatın və təsərrüfatın aparıcı qüvvələrinin inkişafına şərait yaradır;
  • Qiymətli kağızlarla əməliyyat keçirən kommersiya bankları fond bazarının inkişafına dəstək yaradır;
  • Kommersiya bankları müxtəlif bank iqtisadi və fond əməliyyatları ilə bağlı öz müştərilərinin maliyyə konsultantı qismində çıxış edirlər.

Kommersiya Bankının strukturu

Kommersiya bankının fəaliyyətinin uğurunun böyük bir qismi onun strukturunun quruluşundan asılıdır.

Kommersiya bankları üçün əsasən aşağıdakı struktur xarakterikdir:

İnzibati-idarəetmə orqanları;

  • Səhmdarların ümumi yığıncağı;
  • Bankın İdarə Heyəti
  • Müşahidə şurası

Bankın funksional xidmətləri;

  • İqtisadi idarəetmə;
  • Depozitlərin idarə edilməsi;
  • Hesabların idarə edilməsi;
  • Qiymətli kağızların idarə edilməsi;
  • Valyuta əməliyyatlarının idarə edilməsi;
  • əməliyyatların idarə edilməsi;
  • kassa əməliyyatlarının idarə edilməsi;
  • o beynəlxalq əlaqələrin idarə edilməsi;

depozitlər bölməsi;

kredit bölməsi;

bankın daxili xidmətləri;

  • təşkilatı –inzibati idarə etmə;
  • kadrların –insan resurslarının idarə edilməsi;
  • sosial-təsərrüfat təchizatı bölməsi;
  • mühasibat uçotu və hesabdarlıq;
  • Nəzarət və daxili audit;
  • İnformatika bölməsi
banktrukturu
Son xəbərlər
Digər xəbərlər