21 C
Baku
Friday, April 26, 2024

Kommersiya banklarının gəlirləri, xərcləri və mənfəəti

1.Kommersiya banklarının gəlirləri

Kommersiya banklarının gəlir mənbəyinin əsasını fəaliyyətinin müxtəlif növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakılardır:

  • – kredit fəaliyyəti,
  • – diskont-fəaliyyət,
  • – mühafizə fəaliyyəti,
  • – bankın zəmanətli fəaliyyəti,
  • – qiymətli kağızlarla fəaliyyət,
  • – əmanətçilərin tapşırığına əsasən depozit qoyuluşuna,
  • – əməliyyatların icrasına əsaslanan fəaliyyət,
  • – digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti,
  • – qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti,
  • – kredit fəaliyyəti iki əsas elementdən ibarətdir:
  • – faiz mükafatı müqabilində müştərilərə, və digər kommersiya banklarına kreditin və sərbəst resursların müvəqqəti istifadəyə verilməsi.

Kredit fəaliyyətinin ikinci hissəsi digər bankda banklararası kredit və ya müddətli depozit forması ala bilər. Kredit fəaliyyətində gəlir faiz şəklində çıxış edir.

Diskont-fəaliyyəti bank tərəfindən ödənilməmiş veksellərin, çeklərin, müəyyən güzəştlər ilə diskontların alınması deməkdir. Diskont-fəaliyyətin müxtəlif növlərindən biri də bankın faktorinq əməliyyatlarıdır.

Faktorinq əməliyyatları 2 növə bölünür:

  •  reqress hüququna malik;
  • reqress hüququ olmayan.

I halda bank, borcu vaxtı-vaxtında ödəmədiyinə görə tədavülçünü cərimə edir.

II halda isə bank bu cür hüquqa malik deyil. Ona görə də, bank faktorinq əməliyyatına dair mükafat tələb etdikdə daha böyük təhlükə ilə qarşılaşır. Belə ki, tədarükçünün satılmış məhsulunun gəlirini azaldır və satılmış əmtəə malının dəyəri mislində güzəşt təyin edir. Güzəştin miqdarı iki element əsasında müəyyən olunur:

  • bankın kredit ehtiyatlarından müxtəlif xassəli alqı-satqı prosesində istifadə edilməsi;
  • xidmətlərin göstərilməsinə görə komissiyon mükafatlandırma. Bu mükafatın məbləği də öz növbəsində faktorinq əməliyyatının növləri ilə əlaqədar təhlükədən asılı olaraq hələ də dəqiq müəyyən olunmur.

Faktorinq əməliyyatları zamanı komissiya ehtiyatların dəyərinə görə faiz ödənişlərinin, tələblərdən asılı faizlərin vasitəsilə müəyyən olu­nan diskontun parametrlərinin eləcə gətirdiyi çətinliklər ilə qarşılaşır. Faktorinq əməliyyatlarının (FƏ) gəliri bankın faiz mədaxilinə aiddir.

Mühafizə fəaliyyəti bank əməliyyatlarına uyğun olan trast (etibarli) və agent xidmətlərinə əsaslanır. Fəaliyyətin bu növü müştərinin əmlakının idarəedilməsinə və bu əmlak ilə bilavasitə bağlı olan tapşırıqlar üzrə ayrı-ayrı konkret əməliyyatların icrasına görə bankın gəlir mənbəyidir. Məsələn: trast müqaviləsi əsasında bank müştərinin pul vəsaitinin hesablarda yerləşdirilməsi və müştərini müəyyən gəlirlə təmin etmək vəzi­fəsini öhdəsinə götürür. Trast əməliyyatları zamanı müqavilənin şərtlərinə uyğun olaraq müştərinin gəliri bankın mədaxilindən az da ola bilər. Deməli, agent əməliyyatlarından fərqli olaraq trast xidmətlərinə görə komissiya daha yüksək göstəricilərə malik olur. Bu xüsusiyyət trast xidmətləri müqabilində komissiyon mükafatın quruluş tərkibini müəyyən edir. Buraya əmlakın idarə olunmasına dair qiyməti təyin edilmiş mükafat və iş fəaliyyətinin nəticəsinə görə mükafatlandırma daxildir.

Qiymətli kağızlarla fəaliyyəti – bankın qiymətli kağızlar buraxmasından, qiymətli kağızların bazarda reallaşmasından, ikinci növ bazar sistemində digər emitent idarələrin qiymətli kağızları ilə təşkil olunmuş əməliyyatlardan, müəssisələrin özəlləşdirilməsi ilə əlaqədar xidmətlər şəbəkəsindən ibarətdir. Kommersiyanın bu növündən gələn bankın gəliri şəxsi və emitent idarələrin qiymətli kağızlarının alqı-satqının kursu üzrə fərqlər, özəlləşmə xidmətlərinin tapşırıqları əsasında toplanılır.

Bankın zəmanətli fəaliyyəti daima gəlir gətirir. Müştərilə hesablaşmaların təşkili və kreditlərin alınması üçün müxtəlif növlü zəmanətlərin verilməsi müqabilində bank pul mükafatı ala bilər. Lakin bankın təmənnasız zəmanətli fəaliyyəti də mövcuddur. Bu, müştəri bankın şəxsi imicini qoruduğu an və sərfəli xidmətlərin icrası zamanı baş verir.

Əmanətlərin cəlb edilməsi və əmanətçinin tapşırığına əsasən əməliyyatların icrası ilə bağlı fəaliyyət. Fəaliyyətin bu növü gəliri növbəti üsullar vasitəsilə almağa imkan yaradır:

– komissiyon mükafatlandırmaya əsasən:

a) hesabların açılmasına görə;

b) hesablaşmaların aparılmasına görə.

– Müəyyən dövr üçün təyin edilmiş komissiya (pul vahidi ilə).

Dövriyyədən əldə olunan komissiya. (dövriyyəyə görə %-lə)

a) hesab üzrə əməliyyat siyahısının təqdimatı;

b) qapalı hesablar;

c) hesablaşma xarakterli əməliyyatların və ya nağd pulların verilməsinin həyata keçirilməsi üzrə.

Bank digər bank birliklərinə verdiyi kreditlərdən müəyyən qədər faiz əldə edirsə, bu zaman gəlir mənbəyi kimi müxbir münasibətləri çıxış edir. Gəlir faiz tarifinin səviyyəsindən və köçürülmə qaydasından, kredi­tin verilmə müddətinin uzadılmasından asılıdır.

Qeyri-ənənəvi bank xidmətlərin gdliri lizinq, məlumat, məsləhətləşmə, valyuta dövriyyəsi (dəyişkən), müştəriləriyə bank tədrisi xidmətlərindən toplanmış mədaxildir. Lizinq əməliyyatlarının gəlirinə lizinq ödənişləri, faiz ödəncləri və xidmətlərə dair mükafat daxildir.

Bank əmlakının reallaşması üzrə birdəfəlik sazişlər ilə əlaqədar olan gözlənilməyən gəlirlər. Bu cür mədaxil balans qiymətləri üzərində bazar qiymətlərinin artımı nəticəsində əmələ gəlir. Əks təqdirdə əməliyyatlar məsrəflər ilə sıx bağlı olur. Bu da bankın bilavasitə itkilərinə səbəb olur. Beləliklə, kommersiya banklarının gəlirinin hər bir növünü quruluşuna əsasən 3 qrupa bölmək mümkündür:

❖ faiz gəliri;

❖ bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olu­nan gəlir;

❖ digər növ gəlirlər (buraya bazarda baş verən möhtəkir əməliyyatlardan əldə olunan gəlir, satılmış əmlakın balans və bazar qiymətləri arasındakı fərq, qiymətli kağızların və digər aktivlərin yenidən qiymətləndirilməsi, alınmış cərimələr, şikayətlər aiddir).

Sadalanan xidmət növləri üzrə gəlirlər banka ödəmələrdəki yubanmaları, bank risklərini ört-bastır edir, və mənfəətini yaradır. Gəlirin digər xüsusiyyətbrindən biri onun dəyərlilik xassəsidir. Bank bazarında qiymətlər tələb və təklifin təsiri nəticəsində müəyyənləşir. Bununla bərabər gəlirin hər bir növü spesefik cəhətləri ilə fərqlənir.

Kredit faizi dəyərin müvəqqəti istifadəsinin özünəməxsus qiymətidir. Kredit faizi növlərinin təsnifatı kreditin növlərinə, (kommersiya fai­zi, bank və istehsal faizi) kredit idarələrinin növlərinə (milli bankın qeydiyyat faizi, bank və lombard faizi), kreditin müddətinə (qısamüddətli kreditlər və ya pul vəsaiti bazarının tarifi, uzunmüddətli kreditlər və ya istiqraz vərəqələrinin tarifi), kreditlərin növlərinə (overdraft üzrə dövriyyə vəsaitləri vasitəsilə kredit faizləri, buraya veksellərin uçotuna, məqsədli kreditlərə dair faizlər də aiddir), əməliyyatların növlərinə (kre-ditlər, banklararası kreditlər, depozitlər üzrə faizlər), köçürmə üsullarına (sadə və mürəkkəb, adi və dəqiq köçürmələr) əsaslanır.

Növündən asılı olmayaraq razılaşdırılmış kredit faizi kommersiya bankları üçün zəruri olan kredit ehtiyatları və marjaların qiymətləri əsasında müəyyən olunur. Bu zaman kredit ehtiyatlarının qiyməti real surətdə nəzərə alınır. Ehtiyatların real qiymətinin bazar qiymətləri norma­sından kənara çıxması zəruri ehtiyatların təsiri nəticəsində baş verir. Bank üçün faiz marjasının kifayət qədər olması ümumi bank vəsait ödənişinin yubanmalarının qarşısını alır və mədaxili artırır. Bundan başqa, razılaşdırılmış faiz inflyasiyanın və bank təhlükəsinin artım dərəcəsini nəzərə almalıdır.

Komissiya – bank əməliyyatları xidmətlərinin mükafatlandırılmasının adıdır. O, latınca «comissio» sözündən əmələ gəlmişdir ki, bu da tərcümədə «tapşırıq» deməkdir. Onun miqyasının müəyyənləşdirilməsinə xidmətlərin maya dəyəri və zəruri mənfəət daxildir. Lakin təklif və tələbdən asılı olaraq komissiya (mükafat tarifi) maya dəyərindən yüksək və ya aşağı ola bilər. Xidmətlərin maya dəyərinə və onun bazar qiymətləri normasından kənara çıxmasına daimi nəzarət olunmalıdır. Bunun əsasında xidmətlərin inkişafının istiqamətləndirilməsi və xidmətlərin maya dəyərinin azaldılmasına dair tədbirləri haqqında məsələlər öz həl­lini tapır.

Gəlir mənbəyi müləyyən qədər sabit və qeyri-sabit növlərə bölünür.

Müəyyən qədər sabit gəlir mənbəyinə bank xidmətlərinin faizli və faizsiz mədaxilini aid edirlər. Qeyri-sabit gəlir mənbəyinə isə qiymətli kağızların ikinci bazarında qabaqcadan nəzərəalınmayan əməliyyatlar vasitəsilə əldə olunmuş mədaxil daxildir. Müasir şəraitdə bir çox banklar qeyri-sabit gəlir mənbəyinə valyuta əməliyyatlarının mədaxilini də aid edirlər. Bankın inkişafının arzu olunan cərəyanı (istiqaməti) sabit gəlir mənbəyinin artımı, mədaxilin artımına qeyri-sabit gəlir mənbəyinin təsir etməməsidir.

2. Kommersiya banklarının xərcləri

Kommersiya banklarının xərclərini qeydiyyat üsulları və növlərinə görə təsnif etmək mümkündür. Növünə görə məsrəfləri:

– faizli məsrəflər,

– faizsiz məsrəflər,

– digər məsrəflərə ayırd edilir.

Faizli məsrəflər müddətli depozitlər və əmanət qoyuluşlarından müştərilərə ödənilmiş faizlərdən təşkil olunur. Buraya eləcə də digər bankların depozitləri, kredit əməliyyatları, qiymətli kağızların buraxılışı da daxildir.

Faizsiz məsrəflər – bank tərəfindən qiymətli kağızlar üzrə, xarici valyuta, kassa və hesablaşma əməliyyatlarına sərf olunan məsrəflər aiddir.

Digər məsrəflər veksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları, bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili ilə sıx əlaqədardır.

Qeydiyyat üsuluna əsasən 1998-ci ilə qədər məsrəflərin 3 qrupu ayırd edilirdi:

–         bankın əməliyyat və digər məsrəfləri;

–         idarəetmə aparatının təminatı üçün sərf olunan məsrəflər;

–         bank tərəfindən ödənilən cərimələr.

Bankın əməliyyat və digər məsrəflərinə bank tərəfindən ödənilən vergilər, cəlb edilmiş vəsaitlərə görə ödənilən faizlər, əsas fondların amortizasiyası, qeyri-maddi aktivlər, icarə məsrəfləri, reklam xərcləri, hesablaşma mərkəzlərinin xidmətlərinin ödəniş, poçt və teleqraf xərcləri, təhsil məsrəfləri, blank məsrəfləri məlumatın maqnit daşıyıcıları, məxfi sənədlər və qeyri-maddi xüsusiyyətli məsrəflər də aiddir. Göründüyü kimi əməliyyat məsrəfləri faizli, faizsiz və digər məsrəflərə bölünür.

İkinci qrupa – idarəetmə aparatının təminatına sərf olunan хərclər aiddir. Əmək haqqı, mükafat, sosial yönlü fondlara pul vəsaiti köçürmələri, binaların, avadanlığın və yüngül nəqliyyatın təminatına sərf olu­nan xərclər, mühafizə, məzuniyyət və dəftərxana məsrəfləri. Xüsusiyyətinə görə bu qrup faizsiz məsrəflərə daxildir.

1999-cu ildən etibarən hesabların yeni planı sadalanan əməliyyat məsrəflərinin bir neçə qrupa bölünməsini nəzərdə tutur. Bunun üçün ikinci dərəcəli sərbəst balans hesabları açılır (tərtib olunur):

❖ cəlb edilmiş kreditlərin ödəniş faizləri,

❖ cəlb olunmuş vəsaitlər üzrə hüquqi şəxslərə ödənilən faizlər,

❖ depozitlər üzrə fiziki şəxslərə ödənilən faizlər,

❖ qiymətli kağızlar üzrə əməliyyatların məsrəfləri,

❖ xarici valyuta əməliyyatlarının məsrəfləri,

❖ digər xərclər.

Beləliklə, qeydiyyatın yeni sistemi kəmiyyət əlamətlərinə əsasən məsrəflərin daha dəqiq təsnifatını təqdim edir, faizli və faizsiz məsrəfləri fərqləndirməyə imkan verir, bank fəaliyyəti haqqında tam məlumat ilə təmin olunur.

Bəzi məsrəflər bankın xərcləri hesabına aiddir. Milli qanunauyğunluğa əsasən bu – məzuniyyət, şəxsi avtomaşınlarda xidməti səfərlər kompensasiyası, elan, banklararası kreditin ödəniş məsrəfləridir.

«Hesabat ilinin mədaxil və itkilərinə» dair məsrəfləri qrupunu da ayırd etmək olar: qanunsuz yeyintilər itkisi, kassa əməliyyatları üzrə ça­tışmayan vəsait, saxta pul vəsaitinin, qəpiklərin qəbulu nəticəsində ya­ranan itkilər. Bütün bu məsrəflər təminatına görə bankın bilavasitə itkiləri deməkdir.

3.Faiz marjası

Faiz marjası kommersiya bankının faiz gəliri və xərcləri arasındaki fərqdir. O, bankın əsas gəlir mənbəyi hesab olunur. Faiz marjası möhtəkir əməliyyatların itkilərini, vergiləri, ümumbank xərclərinin bir qismini bağlamağa xidmət edir.

Marjanın miqyası maliyyə əmsalı vasitəsilə xarakterizə olunur.

Marjanın mütləq miqyası bankın faiz mədaxilinin və məsrəflərinin ümumi ölçüləri arasındakı fərqli cəhətləri ifadə edir. Buraya eləcə də aktiv əməliyyatlarının ayrı-ayrı növləri üzrə faiz mədaxili ilə əməliyyat üçün istifadə olunan vəsait ehtiyatlarının faiz məsrəfləri arasındakı müxtəlif xüsusiyyətlər də daxildir. Kreditlər üzrə faiz ödənişi ilə kredit ehtiyatlarına dair faiz məsrəfləri arasındakı fərqi misal çəkmək olar.

Faiz marjasının mütləq parametrlərinin dinamikliyi aşağıdakı amillərlə müəyyənləşir:

❖ faiz gəliri gətirən aktiv əməliyyatların və kredit qoyuluşunun miqyası ilə;

❖ bankın aktiv əməliyyatları üzrə faiz dərəcəsi ilə;

❖ bankın passiv əməliyyatları üzrə faiz dərəcəsi ilə;

❖ aktiv və passiv əməliyyatların faiz dərəcələri arasındakı fərqlə (spred);

❖ bankın kredit portfelində faizsiz kreditlərin payı ilə;

❖ faiz gəliri gətirən riskli aktiv əməliyyatların payı ilə;

❖ xüsusi kapitalla cəlb olunmuş ehtiyatlar arasındakı fərq ilə;

❖ cəlb olunmuş ehtiyatların quruluş tərkibi ilə;

❖ faizlərin köçürülməsi və əldə edilməsi üsulları ilə;

❖ mədaxil və məsrəflərin qeydiyyatının təşkili sistemi ilə;

❖ inflyasiyanın tempi ilə.

Bankın faiz gəliri və xərclərinin milli və xarici qeydiyyat standart­ları arasında əhəmiyyətli fərqlər mövcuddur. Onlar faiz marjasının ölçülərinə təsir edir.

Qeydiyyat sistemi üzrə faiz gəliri və xərcləri bankın hesabına daxil olub – çıxarılması müddətində hesabatda öz əksini tapır. Xarici stan­dartlar əsasında hesabatda əməliyyatın icra müddətindən asılı olmayaraq mədaxil və məsrəflər dəqiq göstərilir.

Kafi faiz marjasının əmsalı (Mk) bank üçün zəruri minimal səviyyəsini ifadə edir. Bu əmsalın hesablanması marjanın əsas vəzifəsindən -banka pul vəsaitinin ödənməsinin yubadılmasını aradan qaldırmaq səbəbindən doğur.

Digər gəlirlər qeyri-kredit xassəli bankların xidmətlər şəbəkəsindən hesaba daxil olan komission mədaxildir. Buraya: hesab-kassa xidmətinin müqabilində pul vəsaitinin ödənişi, inkassasiya, bankın informasiya və konsultasiya (məsləhət) xidmətləri, digər xidmətlər, müştərilərə poçt, teleqraf və digər məsrəflərinin müqabilində bankın bu xərcləri kompensasiya etmək qabiliyyəti; ötən illər ərzində almmış faizlər; cərimələr aiddir.

Kafi marja ötən illərin faktiki məlumatlarına arxalana bilər. Son illərdə iri və orta bankların kafi marjasının artımı müşähidə olunmuşdur. Deməli, bir çox kredit idarələri çox az məbləğli faiz gəlirlərindən itkisiz istifadə edir və kreditlərin kredit portfeli qismində qaytarılması üçün narahat olur. Bu cür vəziyyət zəif maddi-texniki bazarının, bankın mühafizəsinə dair çox az miqdarda pul vəsaitinin xərclənməsi, inflyasiya xassəli yüksək valyuta mədaxili, müştərilərə göstərilən xidmətin aşağı səviyyədə olması ilə səciyyələnir. Bazar münasibətlərinin inkişafı, müştəri qazanmaq uğrunda mübarizə, kriminogen vəziyyət, valyuta sisteminin tətbiqi tələb olunan faiz marjanın miqyasında köklü dəyişikliklərə səbəb olmuşdur.

Kafi marjanın hesablaşmaları razılaşdırılmış faiz tarifinin formalaşdırılması üçün zəruri amillərdən biridir. Fəal əməliyyatlar üzrə faizlərin ehtiyatlarının kafi marjasının real dəyərini müəyyən etmək və inflyasiyanın tempinin tənzimlənməsi bank üçün zəruridir.

Ayrı-ayrı fəal əməliyyatlar üzrə faktiki marjaların əmsallarının müqayisəsi (kredit əməliyyatları, banklararası kreditlər və qiymətli kağızlar bazarı) kom-mersiya bankının iş fəaliyyətinin səmərəli istiqamətlərini qiymətləndirməyə imkan yaradır.

4.Kommersiya banklarının gəlir və xərc səviyyəsinin

qiymətləndirilməsi

Kommersiya bankının gəlir səviyyəsinin qimətləndirilməsinin əsas üsulları kimi bunları ayırd etmək mümkündür:

–         gəlir mənbələrinin struktur təhlili;

–         maliyyə əmsalları sisteminin təhlili;

–         amillərin təhlili.

Struktur təhlilin məqsədi – əsas gəlir mənbəyini aşkar etməkdən və onu sabitlik nöqteyi-nəzərindən qiymətləndirməkdən, gələcəkdə də ar­tım perspektivlərini qoruyub saxlamaqdan ibarətdir.

Kommersiya bankının gəlir və məsrəflərinin qiymətləndirilməsinin əsas üsulları kimi qeyd etdiyimiz kimi, gəlir və məsrəflərin nisbi səviyyəsini xarakterizə edən maliyyə əmsallarının hesablanmasını da daxil etməklə struktur təhlil, gəlir və məsrəflərin dinamikliyinin təhlili təşkil edir. Üsulların vəhdəti bankın gəlir və məsrəflərinə kəmiyyət və keyfiyyət baxımından qiymət verməyə icazə verir.

Bank gəlirlərinin struktur təhlininin məqsədi isə gəlir mənbələrinin sabitliyinin qiymətləndiriməsi və gələcəkdə qorunması üçün onların əsas növlərinin aşkar olunmasından ibarət olur. Təhlil ötən illər ərzində əldə olunan faktiki məlumatların əsasında aparılır. Xarici ölkələrin təcrübəsində minimum üç il uzun müddət kimi qəbul olunur.

Sabitliyin qiymətləndirilməsi üçün gəlirlər iki qrupa bölünür.

Birinci qrupa təbiətcə sabit olan bank xidmətlərinə görə komissiya şəklində çıxış edən faizli və ya faizsiz gəlir, yəni əməliyyat gəlirləri aid olur. İkinci qrupa bazarda həyata keçirilən əməliyyatlardan əldə olunan gəlirlər, yəni möhtəkir gəlirlər, eləcə də aktivlərin yenidən qiymətləndirilməsindən əldə olunan gəlirlər və birdəfəlik xarakterli nəzərdə tutul­mayan gəlirlər aid olur. Digər birdəfəlik gəlirlər qeyri-sabit olur. Bankın ümumi gəlirlərinin artım tempinin və məbləğinin, vəsaitlərin daxil olmasının bu ikinci qrupu tərəfindən təyin olunması arzuolunmazdır.

Bank məsrəflərinin struktur təhlili onların növlərinin, artım templərinin və amillərinin aşkar olunması üçün həyata keçirilir.

Struktur təhlilin ümumi nəticələrinə əsasən bankın gəlir və məsrəflərinin əsas növlərinin daha dərin tədqiqatı həyata keçirilir. Məsələn, faizli gəlirin təhlili zamanı onun mənbələr baxımından strukturu (daxili kreditlər, banklararası kreditlər, qiymətli kağızlar, lizinq və digər əməliyyatlar), onun həcminə verilən kreditlərin və faiz dərəcələrinin təsiri, əməliyyatların ayrı-ayrı növləri üzrə faiz gəlirinin nisbi səviyyəsi, faizli marjanın dinamikası tədqiq olunur. Faiz marjasının enməsi ənənəsı bankın müflis olmasının göstəricisidir.

Faizsiz gəlirin təhlili kreditsiz xidmətlərin ayrı-ayrı növləri baxımından onun strukturunun, bu xidmətlər bazarında bankın mövqelərinin qorunması və möhkəmləndirilməsi ehtimalının, xidmətlərin qiyməti ilə maya dəyərinin qarşılıqlı nisbətinin, faizsiz gəlirin elementlərinin həcminin dəyişilməsi səbəblərinin öyrənilməsi kimi elementlərdən ibarət olur.

Xərclərin ətraflı təhlili zamanı faizli və faizsiz məsrəflərin qarşılıqlı nisbətinə, bankın iş təminatının məsrəfləri ilə əlaqədar məsrəflərin payı­na, o cümlədən də inzibati-təsərrüffat məsrəflərinin, risklərin ödənilməsi ilə bağlı məsrəflərin payına, həmçinin məsrəflərin ayrı-ayrı növlərinin həcminin dəyişilməsi səbəblərinə xüsusi diqqət yetirilir.

Gəlir və xərclərin struktur təhlili üsullarından biri də – onların nisbi həcmlərinin dinamikasının qiymətləndirilməsindən ibarətdir. Məsələn, gəlirlərin və məsrəflərin, faizli gəlirlərin, faizli məsrəflərin, faizli marjanın, faizsiz gəlirin və məsrəfin ümumi həcminin balansının nəticəsinə faizlər ilə nisbətləri bu cür göstərici kimi çıxış edir.

Bankın məsrəfləri və gəlirlərinin səviyyələrinin qiymətləndirilməsi üçün növbəti maliyyə əmsalları istifadə oluna bilər (cədvəl 14.2).

Cadvəl 14.2.

Maliyyə əmsallarının hesablanması.

Əmsalın№ Surət Мəхrəс Dünya bankının mütəxəssisləri tərəfindən tövsiyyə olunan normativ səviyyə, %
1 Dövr ərzində faiz gəliri Gəlir gətirən aktivlərin orta qalığı (kreditlər, vəsaitlərin qiymətli kağızlara, digər müəssisələrə qoyuluşu, faktorinq, lizinq) Siniflər(dərəcə)I – 4,6 %

II – 3,4%

III – 4,0%

IV – 3,7%

V – 3,4%

VI – 3,2%

2 Dövr ərzində faizsiz gəlir Aktivlərin orta qalığı Hər bir bank tərəfindən təyin olunur
3 Dövr ərzində faizsiz gəlir Aktivlərin orta qalığı Hər bir bank tərəfindən təyin olunur
4 Faizsiz gəlirlərdən çıxılan faizsiz məsrəflər Faiz marjası Sinif:I – 48%

II – 52%

III – 57%

IV-61%

V – 64%

VI – 67%

5 Faiz marjası üstəgəl faizsiz gəlir Aktivlərin ortaqalığı Məlumatlaryoxdur
6 Dövr ərzində ödənilən dividentlər Qeyri-sabit mənbələri istisna etməklə gəlir Sinif:I – 32%

II – 42%

III – 48%

IV – 55%

V – 60%

VI – 65%

7 Əməyin ödənilməsinə dair məsrəflər Aktivlərin orta qalığı 2%
8 Əməliyyat məsrəfləri Aktivlərin orta qalığı 3-5%

Sadalanan əmsallardan savayı gəlirlilik səviyyəsi xalis spred (Əts) və vasitəli marja (Mv) əmsallarının əsasında qiymətləndirilir:

Əts = (Fs x 100: OQts) – (Fdö x 100: OQde) (14.2)

Burada:

Əts – xalis spred əmsalı

Fs – kreditlər üzrə alınan faizlər;

OQts – dövr ərzində təqdim olunan kreditlərin orta qalığı;

Fdö – depozitlər üzrə ödənilən faizlər;

OQde – dövr ərzində depozit ehtiyatlarının orta qalığıdır. Əts-nin normativ səviyyəsi 1,25% bərabərdir.

Mv = [(Fb + Ka (ə)) x 100: OQgga] – (Fbö x 100: OQbö) (14.3)

Burada:

My – vasitəli marja əmsalı,

Fb – bank tərəfindən alınan faizlər;

Ka (э) – alınan komissiya (əlaqəli);

OQgga – gəlir gətirən aktivlərin orta qalığı;

Fbö – bank tərəfindən ödənilən faizlər;

OQbö – bank öhdəliklərinin orta qalığıdır.

Mv-nin normativ səviyyəsi 6,5% bərabərdir.

14.1. cədvəlindən ilk əmsal dünya təcrübəsində faizli gəlirin təhlili zamanı bankların 3-4% mislində spred marjaya istiqamətlədiyini göstərir. Dördüncü əmsal isə bankları onların gəlirinin təxminən 30%-nin fa­izsiz gəlir hesabına formalaşmasına doğru istiqamətləndirir. Faizsiz gəlir hesabına formalaşan gəlirin hissəsi nə qədər böyükdürsə, bankın da reytinqi (sinfi) bir o qədər aşağıdır. Bu proses, bankın ənənəvi kredit xidmətləri bazarında dar çərçivəsi haqqında şəhadətlik edir.

Bankın gəlirlik səviyyəsinin qiymətləndirilməsi bank risklərinin müxtəlif növləri ilə əlaqədar «böhranlı göstəricilərin» izlənməsinə əsaslana bilər. Çünki risklərin reallaşması bankın təmiz gəlirlərinin ixtisara düşməsinə səbəb olan bankın bilavasitə itkilərində ifadə olunur. Böhran­lı göstəricilər balanssız satışın risk amilləri, kredit, faiz və əməliyyat riskləri ilə əlaqədar olur və bankın idarə olunmasının müxtəlif səviyyələrinə aid ola bilər: ümumilikdə bank, bank bölmələri (maliyyə məsuliyyəti; mərkəzləri – MMM), bank məhsulları.

5.Kommersiya banklarının mənfəətinin formalaşdırılması

Kommersiya banklarının mənfəətinin formalaşdırılması kommersiya müəssisəsinin, əməliyyatlar çərçivəsinin, fəaliyyətdə olan qeydiyyat sisteminin spesifık xüsusiyyətləri vasitəsilə müəyyən olunur.

İllər ərzində toplanan balans mədaxili yekun maliyyə nəticəsini əks etdirmir. Bir il ərzində debet hesabı 950 «Mədaxil hesabına vəsaitlərin kənarlaşdırılması» üzrə cari ilin balans mədaxili, məsrəflərdən ibarətdir (vergilər, bankın fonduna avans pul vəsaitinin köçürülməsi, xeyriyyə məqsədlərinə dair xərclər və s.) İlin əvvəlinə 950 nömrəli hesabdan vəsait 951 nömrəli hesaba köçürüllür. Səhmdar cəmiyyətin qərarına əsasən əlavə gəlirdən istifadə olunur. Mənfəətin bölünməmiş hissəsi ötən illərin gəlirləri hesabına daxildir. Bu gəlirdən istifadə üsulları 951-ci hesabda əks olunur.

1998-ci ildən etibarən gəlir və itkilər ayrıca olaraq balans hesablarında nəzərdən keçirilir:

– hesabat ilinin mədaxili – 70301 nömrəli hesab,

– ötən illərin itkiləri – 70402 nömrəli hesab.

Bu cür qeydiyyat sistemi bankın hesabatının bilavasitə yardımı ilə kredit təşkilatının fəaliyyətində neqativ (mənfi) halların olub-olmaması haqqında müəyyən məlumatlar əldə etmiş oluruq. Maliyyə proseslərinin yekununun formalaşdırılması və bu cür qeydiyyat sistemi bizə bəzi amilləri aşkar etməyə şərait yaradır;

– mədaxil və məsrəflərin növünün dəyişdirilməsi həlledici amil kimi balans gəlirinin dinamikliyini müəyyən edir;

– mədaxil və məsrəflərin parametrlərinin uyğunluğu;

– yekun maliyyə nəticəsinin hesablanması.

Xarici ölkələrin qeydiyyat standartlarının və bank fəaliyyətinin maliyyə nəticələri – mədaxildir. O, ümumbank məsrəfləri, vergilərin ödənilməsindən sonra qalan gəlir qalığıdır. Bu balans mədaxili bankın faiz ödənişini gəlir və məsrəflər ilə əlaqələndirir.

Dünya standartları üzrə mədaxil haqqında hesabat, mədaxil və məsrəflər, formalaşan gəlir, quruluş və sabitləşmə prinsipinə əsasən qruplaşdırılır. Faiz marjasının, faizsiz mədaxil və məsrəflərin, qeyri-sabit gəlir mənbəyinin bir qrupu ayırd edilir.

Mədaxil haqqında hesabat son maliyyə nəticəsinin dinamikliyini, mədaxilin enmə və qalxma amillərini, mədaxilin keyfiyyət mənbəyini aşkar etməyə yönəlir. Sabit mənbələrin bilavasitə yardımı ilə mədaxilin artımına səbəb olan müsbət nəticəyə gəlmək olar. Əks təqdirdə bankın reytinqi son maliyyə nəticəsinin kəmiyyət artımına baxmayaraq yüksəlmir.

Kommersiya banklarının mədaxil səviyyəsinin qiymətləndirilməsinin əsas üsulları kimi aşağıdakıları misal çəkmək olar:

❖ gəlir mənbəyinin struktur təhlili;

❖ maliyyə əmsalları sisteminin təhlili;

❖ amillərin təşlili.

Struktur təhlilin məqsədi gəlirin əsas mənbəyini aşkar etməyə, onu sabitlik nöqteyi-nəzərindən qiymətləndirməyə xidmət edir.

Kommersiya banklarının gəlir səviyyəsinin qiymətləndirilməsinin əsas üsullarından biri də maliyyə əmsallarının təhlili sistemidir. Bu təhlil aşağıdakılardan ibarətdir:

❖ maliyyə əmsalının hesablanma miqyasının normativ səviyyə ilə müqayisəsi;

❖ bank əmsallarının rəqib bank əmsalları ilə qarşılıqlı müqayisəsi;

❖ əmsalların dinamikliyinin qiymətləndirilməsi;

❖ əmsalın dinamiklik amillərinin təhlili.

Gəlir əmsalları sistemi növbəti göstəricilərdən ibarətdir:

❖ gəlir və aktivlərin qarşılıqlı münasibəti;

❖ gəlir və maliyyə kapitalının qarşılıqlı münasibəti;

❖ bir əməkdaş üzrə gəlir.

Bu göstəricilərin hesablanma metodikası ölkəmizdə qəbul olunmuş qeydiyyat və hesabat sistemindən asılıdır. Bununla bağlı olaraq, sadalanmış göstəricilərin hesablanma variantlarını və onların iqtisadi tərkibini nəzərdən keçirək.

Qeydiyyat sistemində verilmiş əmsalın hesablanma metodlar. aşağıdakılardır:

Dövrü balans mənfəəti

Q =————————————-

Dövrü balans aktivinin

yekununun orta qalığı                                      (14,4)

Dövrü balans mənfəəti -qeyri-sabit gəlir

Ə =————————————————–

Dövrü balans aktivi yekununun orta qalığı          (14,5)

14.4 və 14.5 – düsturundakı əmsalların fərqi mədaxilin qeyri-sabit mənbələrdən təmizlənməsidir. Bu prinsipial əhəmiyyətə malikdir. Əmsalın dinamikliyinə böyük qiymət verilir. Bankın nüfuzu əmsalların mədaxil artımınının qeyri-sabit mənbələr vasitəsilə təminatı zamanı yüksək ola bilməz.

Xarici ölkələrin qeydiyyat standartlarında xalis mənfəət müəyyən olunur. Bu zaman oxşar əmsalların hesablanması növbəti hallar ilə sıx bağlıdır:

Dovr üzrə xalis mənfəət

Q =————————————

Dövrü balans aktivi

yekununun orta qalığı                                        (14.6)

Dövr üzrə xalis mənfəət – qeyri-sabit gəlir

Ə =——————————————————–

Dövrü balans aktivi yekununun orta qalığı          (14.7)

Balans və əmsalın xalis mənfəəti arasındakı fərqlər ilə əlaqədar olaraq 14,4 və 14,6 , eləcə də 14,5 və 14,7 uyğun deyillər. Lakin biz 14,6 və 14,7, 14,4 və 14,5 əmsallarının müqayisəli təhlilini həyata keçirə bilərik. Bu əmsalların dinamikliyi əsasında onların əhəmiyyəti barədə real nətiсəуə gəlmək olar.

Xalis mənfəət əsasında əmsalların hesablanması dünya bankının təcrübəsinin genişləndirilməsi nəticəsində mütəxəssislər tərəfindən tövsiyyə olunmuş mənfəət normativlərindən istifadə edir. 14,6 əmsalının normativ səviyyəsi 1,15-dən 0,35% kimi, 14,7 əmsalı ilə 1,0-dən 0,6% faizləri arasında tərəddüd edir.

Mənfəət əmsalları sistemində əsasverici göstərici gəlir/aktivlər gö-stəricisidir. Onun faktiki əhəmiyyəti bank işinin effektivliyinin (gəlirliyinin) qiymətləndirilməsi üçün yeganə meyar deyildir. Bu birincisi, yüksək gəlirin bir qayda olaraq böyük risk ilə bağlı olması ilə izah olunduğu üçün bankın riskdən müdafiə olunması dərəcəsini eyni vaxtda nəzərə almaq çox vacibdir. İkincisi, gəlirliliyin sadalanan əmsalının dikamikasını təyin edən amillər arxasında gizlənən iqtisadi təzahürlər prinsipial əhəmiyyətə malik olur.

Birinci vəziyyətin izahı üçün KEMEL Amerika sistemində kom­mersiya bankının gəlirliyinə verilən qiyməti nəzərdən keçirək.

KEMEL sistemində bankın gəlirlilik səviyyəsinə verilən qiymətin əsasını kəmiyyət və keyfiyyət göstəriciləri təşkil edir.

Bankların gəlirliliyinin kəmiyyətcə qiymətləndirilməsi üçün aktivlərdən istifadə effektivliyinin əmsalı onları gəlirləri və məsrəflərinin səviyyələri ilə bağlı çoxsaylı göstəricilərdən fərqləndirmişdir.

Aktivlərin orta həcmi – Oma normativi səviyyəsi bankların qrupları üzrə müəyyən olunur və onların ayırd edilməsinin əsasını aktivlərin həcmi təşkil edir. Bütün banklar beş qrupa bölünür, məsələn:

I – 100 milyon dollardan az aktivlər.

II – 100 milyon dollardan 300 milyon dollara kimi aktivlər.

III – 300 miyon dollardan 1000 milyon dollara kimi aktivlər.

IV – 1 milyard dollardan 5 milyard dollara kimi aktivlər.

V – 5 milyard dollardan artıq aktivlər.

Qruplardan hər biri üzrə üç il ərzində faktiki səviyyəsinin əsasında Oma orta həcmi müəyyən olunur. Bu qrupun daha çox və daha az gəlirli banklarının aşkar olunması üçün üç il ərzində bu qrupun bankları üzrə sadalanan əmsalın faktiki orta kəmiyyətlərinin azalan sırasında əsaslanan yanaşma üsulundan istifadə olunur.

Yüksək reytinqli gəlirlilik normativi (1) sıranın əvvəllindəki yüksək əmsalların orta həcminə müvafiq olur və onların sayı bankların bu qrupunun əmsallarının ümumi sayının 15% təşkil edir. Növbəti əmsalların 50% mislində orta kəmiyyəti təmin olunan səviyyə üçün normativ səviyyəsidir (II); vasitəli səviyyə üçün 20% (III) və son həddli səviyyə üçün 15% (IV). İtkilər zamanı V – qeyri-kafi reytinq verilir.

Başqa sözlə desək, Oma orta kəmiyyətlərinin alınan siyahısını bölüşdürən səviyyələr (daha yüksək səviyyə üçün – 15%, kafi səviyyə üçün – 50%, vasitəli səviyyə üçün – 20% və daha az səviyyə üçün – 15%) ilkin mütanasibliyin müəyyən olunması üçün tətbiq olunur.

Oma ilkin faktiki kəmiyyətlərinin istifadəsi üç il ərzində təsərrüffat dinamikası ilə əlaqədar gəlirlərin artım və tənəzzülü kimi qısamüddətli effektin bankın gəlirliyi standartlarına təsirini azaldır.

Aktivlərin vergi qoyuluşunun mədaxili-menecment gəlirinin qiymətlən-dirilməsi üçün mədaxil/aktivlər əmsalı ilə qarşılıqlı münasibəti və müqayisəsi.

1.Kommersiya banklarının gəlirləri

Kommersiya banklarının gəlir mənbəyinin əsasını fəaliyyətinin müxtəlif növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakılardır:

– kredit fəaliyyəti,

– diskont-fəaliyyət,

– mühafizə fəaliyyəti,

– bankın zəmanətli fəaliyyəti,

– qiymətli kağızlarla fəaliyyət,

– əmanətçilərin tapşırığına əsasən depozit qoyuluşuna,

– əməliyyatların icrasına əsaslanan fəaliyyət,

– digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti,

– qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti,

– kredit fəaliyyəti iki əsas elementdən ibarətdir:

❖ faiz mükafatı müqabilində müştərilərə, və digər kommersiya banklarına kreditin və sərbəst resursların müvəqqəti istifadəyə verilməsi.

❖ kredit fəaliyyətinin ikinci hissəsi digər bankda banklararası kredit və ya müddətli depozit forması ala bilər. Kredit fəaliyyətində gəlir faiz şəklində çıxış edir.

Diskont-fəaliyyəti bank tərəfindən ödənilməmiş veksellərin, çeklərin, müəyyən güzəştlər ilə diskontların alınması deməkdir. Diskont-fəaliyyətin müxtəlif növlərindən biri də bankın faktorinq əməliyyatlarıdır.

Faktorinq əməliyyatları 2 növə bölünür:

–         reqress hüququna malik;

–         reqress hüququ olmayan.

I halda bank, borcu vaxtı-vaxtında ödəmədiyinə görə tədavülçünü cərimə edir.

II halda isə bank bu cür hüquqa malik deyil. Ona görə də, bank faktorinq əməliyyatına dair mükafat tələb etdikdə daha böyük təhlükə ilə qarşılaşır. Belə ki, tədarükçünün satılmış məhsulunun gəlirini azaldır və satılmış əmtəə malının dəyəri mislində güzəşt təyin edir. Güzəştin miqdarı iki element əsasında müəyyən olunur:

❖ bankın kredit ehtiyatlarından müxtəlif xassəli alqı-satqı prosesində istifadə edilməsi;

❖ xidmətlərin göstərilməsinə görə komissiyon mükafatlandırma. Bu mükafatın məbləği də öz növbəsində faktorinq əməliyyatının növləri ilə əlaqədar təhlükədən asılı olaraq hələ də dəqiq müəyyən olunmur.

Ramil Namazov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər