20 C
Baku
Friday, May 3, 2024

Kompüter xətası bütün dünya üzrə aeroportların işində problem yaradıb

Aviasərnişinlərin qeydiyyatı sistemlərində baş vermiş kompüter xətası bütün dünya üzrə bir sıra hava limanlarının işində problemlərə səbəb olub.

Banker.az The Telegraph nəşrinə istinadən xəbər verir ki, insident 28 sentyabr tarixində sərnişinlərin qeydiyyatı sistemlərində istifadə olunan Amadeus Altea proqram təminatında baş verən pozuntu səbəbindən baş verib. Sözügedən bu xəta nəticəsində əsas olaraq Londonun  Heathrow və Gatwick hava limanlarında böyük növbələr yaranıb. Həmçinin xəta Paris, Zürih, Melburn, Yohannesburq, Sinqapur və Vaşinqton hava limanlarına da təsirsiz ötüşməyib.

Gatwick aeroportunun nümayəndələri bildirib ki, baş vermiş insident reyslərin gecikməsinə səbəb olmayıb. Heathrow əməkdaşları isə qeyd edib ki, sərnişinlər əvvəlki kimi reyslərə qeydiyyatdan keçə bilərlər, lakin bu əvvəl olduğundan daha çox zaman tələb edir.

Qeyd edək ki, cari ilin may ayında British Airways aviaşirkəti qlobal kompüter xətası səbəbindən Heathrow və Gatwick hava limanlarında bütün reysləri ləğv etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər