7 C
Baku
Sunday, December 15, 2024

“Kontakt” AzQAC-ın dəstəyi ilə ucqar dağ kəndlərində yaşayan məktəbliləri notbuklarla sevindirdi – FOTO

®“Kontakt” mağazalar şəbəkəsinin ötən aylarda başlatdığı “Hekayənin bir parçası ol” sosial layihəsi uğurla başa çatıb. Aksiya şərtlərinə görə 10 sentyabr-10 oktyabr tarixləri arasında “Kontakt” mağazalarında satılan bütün notbuklardan əldə edilən gəlirlərin bir qismi ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunmasına sərf ediləcəkdi. 

Beləliklə layihənin sonunda “Azərbaycan Qızıl Aypara” cəmiyyətinin dəstəyi ilə Qazaxın Kəmərli, Quşçu Ayrımı, Fərəhli, Şəmkirin Dağ-Cəyir, Günəşli, Gədəbəyin Günəşli, Qusarın Böyük Moruq, Əcəxur və digər ucqar kəndlərində yaşayan 6-10 sinif şagirdlərinin bir qismi notbuklarla təmin olunub. 

Seçilən aztəminatlı ailələrdə 3 və daha çox məktəbli var ki, bu da notbuklar vasitəsi ilə daha çox şagirdin təhsil imkanlarının yaxşılaşdırılması deməkdir.  

Notbukların paylanılması zamanı “Azərbaycan Qızıl Aypara” cəmiyyətinin əməkdaşları və könüllüləri ilə yanaşı, “Kontakt” mağazalar şəbəkəsinin nümayəndələri də iştirak edib. 

Sosial aksiyanın həyata keçirilməsi zamanı uşaqlar pozitiv emosiyalarını gizlədə bilməyib. Valideynlər isə bu təşəbbüsü təqdirəlayiq hesab ediblər. 

Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.

Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: “Apple”, “Acer”, HP , “Huaweı”, “Asus”  “Lenovo” brendlərinə təşəkkürünü bildirir.

1 2 3 4 5 6

Son xəbərlər
Digər xəbərlər