24 C
Baku
Friday, April 26, 2024

Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu®

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca məşhur Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu. “Sevindirir” sloqanı ilə bu yaxınlarda rebrendinq edən şəbəkə müxtəlif yeniliklərlə öz müştərilərini sevindirəcəyini artıq xəbər vermişdi. Bosch brendini də geniş portfoliosuna qatan Kontakt Home bu münasibətlə yeni sevindirən kampaniyaya başlayıb. İndi Kontakt Home-da Bosch məhsullarını ilkin ödənişsiz, faizsiz 18 ayadək hissə-hissə ödəniş şərtləriylə ala bilərsiniz. Eyni zamanda müştəriləri nağd alış zamanı xüsusi endirimlər gözləyir.

Kampaniya çərçivəsində:

Kampaniya bütün Bosch məhsullarına aiddir. Sərfəli şərtlərdən yararlanmaq üçün elə evdəncə telefon və ya kompyuterlə kontakt.az saytına daxil olub istədiyiniz Bosch məhsulunu xüsusi şərtlərlə sifariş edin. Sifarişiniz pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.

Qeyd edək ki, Kontakt Home mağazalarında Bosch məhsullarına 3 ilədək rəsmi zəmanət təqdim olunub.

Alman brendi olan Bosch bu gün böyük və kiçik məişət texnikası üzrə Avropada №1 brend hesab olunur və ölkəmizdə də məişət texnikası üzrə lider brendlərdən biridir. Soyuducular, qabyuyan və paltaryuyan maşınlar, sobalar və plitələr, həmçinin müxtəlif mətbəx alətləri (ətçəkən, mətbəx kombaynı, şirəçəkən, tozsoran, ütü və s.) Bosch markası altında bütün dünyada satılır. Keyfiyyətə və texnoloji mükəmməlliyə doğru addımlamaq Bosch məhsullarının dizaynlarında da öz əksini tapıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər