®İlin ən böyük endirim festivalı “Black Friday”-a az qalıb. Dünyanın hər bir yerində insanlar noyabrın son cümə gününü təqvimlərində qırmızı rənglə qeyd edir və öncədən alacaqlarının siyahısını hazırlayır. Hətta “Black Friday” günü məzuniyyət götürənlər belə olur.
Ötən ilki Black Friday təklifləri ilə ölkəyə səs salan Kontakt Home bu dəfə nağd alışda meqa-endirimlər və ilkin ödənişsiz, 24 ayadək faizsiz kredit şərtləri ilə müştərilərini sevindirəcək. Özü də həftəsonu qapanmalarını nəzərə alaraq endirimləri çərşənbədən cümə gününədək, yəni düz 3 gün edəcək!
“Keçən il Kontakt Home-a gəlmişdim. Vitrində əvvəllər gözaltı elədiyim 1000 manatlıq televizoru 500 manata görəndə birinci elə bildim ki, qiyməti səhv yazıblar. Satıcıdan soruşdum, dedi, yox, elə Black Friday endirimidi. Həvəsə gəlib TV-dəl əlavə ev üçün daha bir neçə əşya aldım.
Sərxan Babayev, Kontakt Home müştərisi
Bu il də, 25-27 noyabr tarixlərində, alıcılar Kontakt Home mağazalarından məyus çıxmayacaq, çünki sevindirən şəbəkə 60%-dək endirim söz verir. Odur ki, siyahınızı indidən hazırlayın: smartfondan noutbuka, paltaryuyandan ətçəkənə, mebeldən tekstilə qədər hər növ məhsul böyük endirimdə olacaq.
Özü də endirimlər həm nağd, həm 3 dəfəyə ödə, həm də taksit kartlarıyla alış-verişə aiddir. Taksit kart sahibləri endirimli nağd qiyməti 24 ayadək bərabər hissələrə də bölə bilər. Həm də endirimlər onlayn mağazada da keçərlidir.
“Mənim üçün ən rahatı onlayn alış-verişdir. Hər il Black Friday-dan əvvəl bəyəndiyim məhsulları səbətə atıram ki, endirim olan kimi vaxt itirmədən ala bilim. Bu il də artıq kontakt.az-da indidən seçdiyim məhsullar var.”
Nərgiz Kərimova, Kontakt Home müştərisi
Nağd endirimlərdən əlavə, bu dəfə Kontakt Home Black Friday-a özəl kredit təklifləri də hazırlayıb. Yalnız 3 gün telefonları ilkin ödənişsiz, 12 ay faizsiz, bütün TV və məişət texnikasını 18 ay faizsiz, bütün mebelləri 24 ay faizsiz şərtlərlə ala biləcəksiniz. Kontakt Home müştəriləri indidən həyəcanlıdır.
“Black Friday ayın sonuna təsadüf etdiyinə görə, maaş almamış nağd almaqda çətinlik çəkirəm. Bu dəfə xüsusi kredit şərtləri olsa, mütləq mən də bir neçə məhsul alacam.”
Sahil Behbudov, Kontakt Home müştərisi
Sizə tövsiyəmiz, Black Friday-da Kontakt Home-dan alacağınız məhsulların siyahısını indidən hazırlayın ki, stoklar bitməmiş meqa-kampaniyadan yararlana biləsiniz. Çünki endirimli məhsullar məhdud saydadır. Məhsulları indidən bu linkə keçərək öncədən sifariş verə bilərsiniz.
Sizə ən yaxın Kontakt Home mağazasını buradan tapın. Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u Instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.