6 C
Baku
Sunday, December 15, 2024

“Kontakt Home”da rəhbər vəzifəyə təyinat olub

Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını  həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin (hüquqi adı “ABC Telecom” MMC) yeni Marketinq direktoru məlum olub.

Banker.az-ın əldə etdiyi informasiyaya əsasən, Nərminə İsmayılova “ABC Telecom” MMC-nin Marketinq departamentinin direktoru təyin edilib.

N.İsmayılova 2023-cü ilin fevralında adıçəkilən vəzifəsinin icrasına start verib.

O, 2021-ci ilin iyulunda ABB-dən “ABC Telecom”a təyinat almışdı. 1 il müddətinə marketinq meneceri kimi, 2022-ci ilin sentyabrından isə şöbə müdiri kimi çalışırdı.

Son xəbərlər
Digər xəbərlər