22 C
Baku
Thursday, April 25, 2024

“Kontakt” Xırdalan-da ikinci mağazasını açdı – AÇILIŞA ÖZƏL 50%DƏK ENDİRİMLƏR

®Ölkənin ən aparıcı riteyl şəbəkələrindən olan “Kontakt” Xırdalan şəhərində 2-ci, ölkə üzrə 33-cü mağazasını istifadəyə verib. Sevindirən şəbəkə Xırdalan sakinlərinin ev üçün axtardıqları hər cür texnikanı bir ünvandan əldə etmələri üçün hər cür imkan yaradıb. Belə ki, “Kontakt Home – Yeni Xırdalan” mağazasınında rəqəmsal, kiçik və böyük məişət texnikasının 20 000-dən çox çeşidi müştərilərin ixtiyarındadır. 

Mağazanın açılışı münasibətilə “Kontakt” öz müştəriləri üçün çox maraqlı tədbir hazırlayıb. Həm əylənmək, həm də hədiyyəli müsabiqələrə qoşulmaq üçün 1 oktyabr, saat 17:00-da baş tutacaq rəsmi açılış mərasimini qaçırmayın! Hər zamanki kimi, “Kontakt” uşaqdan böyüyə hər kəsi sevindirəcək. 

Sevincli xəbər bununla bitmir. Yalnız oktyabrın 3-dək “Yeni Xırdalan” mağazasında hər növ məhsula nağd alışda düz 50%-dək endirimlər olacaq.

Məsələn:

Əlavə olaraq, “Kontakt Home” mağazasına gələn hər kəsi çox sərfəli kredit şərtləri də gözləyəcək: smartfonlara, notbuklara, smart saatlara 12 ay faizsiz, TV və məişət texnikasına 18 ay faizsiz, ilkin ödənişsiz şərtlər keçərli olacaq:

Bütün təkliflərlə tanış olmaq və ailənizlə əyləncəli vaxt keçirmək üçün oktyabrın 1-i “Kontakt Home-Yeni Xırdalan” mağazasına gəlin! 

Ünvan: Xırdalan şəhəri, “Nazlı petrol” –un yanı.

Xatırladaq ki, “Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz.

Qeyd edək ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 33 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər