13 C
Baku
Tuesday, May 7, 2024

“Kontakt”da İLİN ƏN BÖYÜK ENDİRİMLƏRİ başlayır-70%-DƏK ENDİRİM

®Alış-veriş həvəskarlarının nəzərinə: Aylardır gözlədiyiniz Böyük Cümə kampaniyası ilin ən böyük endirimləri ilə “Kontakt”da başlayır. Noyabrın 16-dan 26-dək şəbəkənin mağazalarında satılan bir-birindən fərqli bütün növ məhsulları tam 70%-dək endirimlərlə əldə etmə fürsətiniz olacaq. İlin ən böyük endirimləri həmçinin kontakt.az onlayn mağazasında da keçərli olacaq. 

Üstəlik xəyallarınızdakı məhsulun endirimli qiymətini indi 3 yox, düz 6 aya bölərək rahat şəkildə ödəmə imkanınız da var. Bütün bunlardan başqa, əgər siz taksit kart sahibisinizsə, endirimli qiyməti 18 aylıq faizsiz hissələrə də bölə bilərsiniz. 

İndi isə ilin ən böyük endirimlərindən bəzilərini kampaniya başlamadan diqqətinizə çatdırırıq: 

8GB/128GB yaddaşlı smartfon – 299 manata: Söhbət son günlərdə adından çox bəhs edilən Oppo brendinin A58 smartfonundan gedir. Qiyməti 550 manatdan 299 manata düşən model özündə 6.72″-lük geniş ekranı, 8GB operativ, 128 GB daxili yaddaşı, 5000 mAh batareya tutumunu, üstəlik 50 + 8MP -lik əsas kameranı cəmləşdirə bilib. Xatırladaq ki, şəbəkə Oppo brendinin ölkəmizdəki eksklüziv tərəfdaşıdır. 

Smart televizora – 500 manat endirim: 43” (109 sm) ekran diaqonalı olan Toshiba televizoru hər cibə uyğun qiyməti ilə alıcılar tərəfindən çox seçilən modellərdəndir. Smart özəlliyə sahib bu televizoru ilin ən böyük endirimi ilə sadəcə 399 manata ala bilərsiniz.  

19 manata – blutuz qulaqlıq: 36 saatadək işləmə müddəti olan Blackview blutuz qulaqlığını yalnız kampaniya günlərində düz 60% endirimlə ala bilərsiniz. Necə deyərlər sudan ucuz. Modelin “Kontakt” mağazalarında ağ və qara rəngləri satış üçün təqdim olunur. 

299 manata – paltaryuyan: Paltaryuyanınızı dəyişməyin əsl vaxtıdır. Belə ki, 6 kq tutumu olan Hoffmann paltaryuyanı təkcə qiyməti ilə yox, həm də A+++ enerjiistifadə sinifi ilə büdcənizə qənaət etmə imkanı yaradacaq. Bəhsedilən paltaryuyanı 240 manat endirimlə cəmi 299 manata alıb pulsuz çatdırılma və quraşdırılma xidmətindən yararlana bilərsiniz. 

Yataq dəstinə – 70% endirim: 100% pambıq materialdan ibarət iki nəfərlik Adel yataq dəstini isə kampaniya ərzində tam 70% endirimlə cəmi 29 manata almağınız mümkündür. Dəstə iki yastıq, 1 yorğan və 1 yataq üzü daxildir.

Endirimli məhsulların stoku tez tükənə bilər. Odur ki, ilin ən böyük endirimlərindən yararlana bilməyiniz üçün kampaniya başlamadan alacağınız məhsulların siyahısını hazırlamağınızı tövsiyyə edirik. 

Mağaza ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər