Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə yaradılan Koordinasiya Şurasının tərkibi təsdiqlənib.
Nazirlər Kabinetinin qərarına əsasən, Koordinasiya Şurasının rəhbəri Azərbaycan Respublikası Baş Nazirinin müavini Koordinasiya Şurasının üzvləri müəyyənləşib.
Koordinasiya Şurasının üzvləri:
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini – Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru