7 C
Baku
Thursday, December 12, 2024

Koreya Mərkəzi Bankı “qeyri-müəyyənlik” səbəbindən faizlərə toxunmaqdan çəkinir

Çərşənbə axşamı Cənubi Koreyanın mərkəzi bankı  – Korea Bankı gözlənildiyi kimi, hələ də yüksək inflyasiya, yavaşlayan iqtisadiyyat və artan maliyyə qeyri-müəyyənliyindən qaynaqlanan ziddiyyətli risklərlə üzləşsə də, ardıcıl ikinci iclasda faiz dərəcələrinin parametrlərinə toxunmadı.

Banker.az xəbər verir ki, Koreya Bankının yeddi üzvdən ibarət pul siyasəti komitəsi uçot faiz dərəcəsini fevralın 23-də olduğu kimi 3.50% səviyyəsində dəyişməz olaraq saxlamaq üçün səs verib.

kora central bank scaled
Koreya BankıKoreya

Qeyd edək ki, 40 iqtisadçıdan 39-u sabit saxlayacağını və biri isə 25 baza bəndi artıma gedəcəyini proqnoz etmişdi.

Koreya Bankı 2021-ci ilin avqustunda monetar siyasətində sərtləşdirmə kampaniyasına başladıqdan sonra ilk dəfədir ki, ardıcıl iclaslarda siyasət dərəcəsini sabit saxlayır.

Bu xəbər dollar/Korea vonu (USD/KRW) cütlüyünə bir o qədər təsir etmədi. USD/KRW hazırda 1320 səviyyəsindədir. 2023-cü ilin əvvəli dolların qlobal ucuzlaşması fonunda korea vonu bahalaşaraq 1230 səviyyələrinə qədər bahalaşmışdı. tvc c212d00898c374609ab35bd1d976e759

Son xəbərlər
Digər xəbərlər