14 C
Baku
Thursday, May 2, 2024

Koreya Mərkəzi Bankı uçot dərəcəsini rekord minimum səviyyəyə endirib

Koreya Mərkəzi Bankı uçot dərəcəsini 0,25% bəndi azaldaraq 0,75%-dən 0,50%-ə endirib.

“Bloomberg” xəbər verir ki, bununla da Mərkəzi Bank faiz dərəcəsini rekord minimum səviyyəyə endirib.

Koreya Mərkəzi Bankı ölkə iqtisadiyyatının 1990-cı illərin sonlarında Asiya maliyyə böhranından sonrakı dövrdə ilk dəfə resesiya yaşanacağını və 0,2% kiçiləcəyini bildirib. Bu il inflyasiyanın isə 0,3% təşkil edəcəyi açıqlanıb.

Qeyd edək ki, Mərkəzi Bank fevral ayında Koreya iqtisadiyyatının 2020-ci ildə illik 2,1% böyüyəcəyini proqnozlaşdırmışdı.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər