6 C
Baku
Sunday, December 15, 2024

Koreyanın qiymətli kağızlar bazarındakı təcrübə Azərbaycanda da tətbiq edilə bilər

Koreya Respublikasının qiymətli kağızlar bazarı ilə bağlı təcrübələrinin Azərbaycanda tətbiqi imkanları müzakirə olunub.

Milli Depozit Mərkəzindən (MDM) bildirilib ki, MDM-də Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan “Bilik Mübadiləsi Proqramı” çərçivəsində bu ölkənin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Koreya qiymətli kağızlar bazarı ilə bağlı təcrübələr bölüşülüb və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanları geniş müzakirə olunub. Koreyalı ekspertlərlə müzakirələrdə əsas diqqət Azərbaycanda qiymətli kağızlarla əqdlər üzrə klirinq və hesablaşmaların mövcud vəziyyəti, bu sistemin təkmilləşdirilməsi üzrə görüləcək işlər, tövsiyələrə yönəldilib.

Son xəbərlər
Digər xəbərlər